Предыдущая публикация
— Boşa getmiş, itirilmiş bir zaman.
Bilirsənmi, səndən geri nə qaldı?
— Söylədiyin ovuc-ovuc ağ yalan.
Bir də mənə, bilirsənmi, nə qaldı?
— Hüzün dolu,əzab dolu gecələr,
Gecə- gündüz heç oyanıb- yatmayan,
Qaranlığa qərq olmuş pəncərələr.
Səndən mənə əzab dolu bir ürək,
Sızıldayan neçə xatirən qaldı.
İkimizin bir dünyası var idi,
Bir dünya ki,yalanla viran qaldı.
O nur dolu, sevgi dolu gecələr
Cəhənnəmtək atəşlərə qalandı.
Hər gün mənə dediyin ağ yalanlar,
Bax, gördünmü, ayrılığa calandı!
İndi sənin yalan dolu bir Dünyan,
Yalnızlığın,kədərin var,qəmin var.
Təkbaşına yaşayırsan beləcə,
Bəs yalanı söyləməyə kimin var ?
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев