Əhya saxlayan şəxsə aşağıdakı
əməlləri yerinə yetirmək
müstəhəbdir:
1) Qüsl etmək. Qüsl edərkən belə
niyyət etməlidir: "Əhya gecəsinin
qüslünü edirəm qürbətən iləllah”. Bu
qüslün böyük savabı vardır.
2) Səhərə qədər oyaq qalıb ibadətlə məşğul
olmaq. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul
olmağın mənası budur ki, insan Quranı
qarşılayaraq deyir: "İlahi, Sən bu gecə mənə
Quran nazil edirsən və mən də bu gecə səhərə
qədər oyaq qalıb onu qarşılayıram”.
3) Məscidə getmək. Məscidə getməyin mənası
budur ki, insan öz məqsədini təyin edir. Yəni: "Ey
Allahım, bu gecə mən fəsad və pozğunluq olan
yerlərə gedə bilərdim. Lakin mən Sənin razılığını
qazanmaq üçün Sənin evinə gəlmişəm və gələcək
xoşbəxtliyimi müəyyənləşdirirəm”.
4) Qədr gecəsinin namazı. Qədr gecəsində qılınan
namazın böyük şərafəti vardır. Qədr gecəsinin
namazı şam və xiftən (işa) namazları ilə sübh
namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin
namazının qaydası belədir:
Niyyət: "Qədr gecəsinin namazını qılıram qürbətən
iləllah”. Sübh namazı kimi iki rükətlidir. Lakin hər
həmd surəsindən sonra yeddi dəfə İxlas (Qul
huvəllah) surəsi oxunulmalıdır. Namazı
qurtardıqdan dərhal sonra alını səcdəyə qoyaraq
(səcdə halında) yetmiş dəfə "Əstəğfirullahə və
ətubu iləyh” deyilir.
İmam Sadiq (ə) buyurur: "Hər kəs bu namazı
qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə
"Əstəğfirullahə və ətubu iləyh” deyərsə, səcdədən
qalxmamış Allah onun özünün və ata-anasının
günahlarını bağışlayar”.
5) Quranı başa qoyub, Allahın, Peyğəmbərin (s)
və İmamların (ə) adlarına and verməklə Allahdan
günahlarının bağışlanmasını, dünya və axirət
istəklərini bildirmək. Bu əməlin mənası Allahın
insan üçün göndərdiyi kitabı başı üstə qoruyub
saxlamaq deməkdir. Yəni: "Ey Allahım, Sən mənə
hörmət edib kitab göndərirsən, mən də onu özüm
üçün rəhbər və yol göstərən təyin edir və onu
həmişə başım üzərində qoruyub saxlayacağam.”
Həzrət Peyğəmbər (s) buyurur: "Hər kəs Quranı
özünə rəhbər edərsə, Quran onu Cənnətə aparar.
Hər kəs Quranı arxada qoyarsa və onu özünə
rəhbər etməzsə, Quran onu Cəhənnəmə tərəf
yönəldər”. (Yəni, hər kim Quranı oxuyub ona əməl
edərsə və ona tabe olarsa, Quran onu Cənnətə
aparıb çıxarar. Lakin Qurana tabe olmayan şəxs,
Quran oxumağına baxmayaraq, Cəhənnəmə vasil
olar.)
Quranı başa qoyub Allaha və 14 Məsuma (ə) and
verməyin mənası budur ki: "Ey Allahım, mən Sənə
və Sənin ən istəkli bəndələrinə and verib tövbə
edirəm və Səndən öz istək və ehtiyaclarımı
diləyirəm”.
Quranı baş üzərinə qoyub dua etməyin qaydası
belədir:
Əvvəl Quranı açıb bu duanı oxumaq lazımdır:
Əllahummə inni əsəlukə bikitabikəl-mun
zəl. Və
ma fihi və fihi ismukəl əkbər. Və əsmaukəl-
husna. Və ma yuxafu və yurca ən təcələni min
utəqaikə minən-nar. Əllahummə bihəqqi hazəl-
Quran və bihəqqi ən ərsəltəhu bih. Və bihəqqi
kulli muminin mədəhtəhu fihi. Və bihəqqikə
ələyhim fəla əhədə ərəfu bihəqqikə mink.
Sonra Quranı baş üzərinə qoyub aşağıdakıların
hərəsini on dəfə de:
1. Bikə ya Allah. (10 dəfə)
2. Bi Muhəmmədin (s) (10 dəfə)
3. Bi Əliyyin (ə) (10 dəfə)
4. Bi Fatimətə (ə) (10 dəfə)
5. Bil Həsəni (ə) (10 dəfə)
6. Bil Hüseyni (ə) (10 dəfə)
7. Bi Əli ibn Hüseyn (ə) (10 dəfə)
8. Bi Muhəmməd ibn Əli (ə) (10 dəfə)
9. Bi Cəfər ibn Muhəmməd (ə) (10 dəfə)
10. Bi Musa ibn Cəfər (ə) (10 dəfə)
11. Bi Əli ibn Musa (ə) (10 dəfə)
12. Bi Muhəmməd ibn Əli (ə) (10 dəfə)
13. Bi Əli ibn Muhəmməd (ə) (10 dəfə)
14. Bi Həsən ibn Əli (ə) (10 dəfə)
15. Bil Hüccəti (ə.f) (10 dəfə)
Bu mübarək adlara and verən zaman Quran başa
qoyulur. Andlar qurtardıqdan sonra Allahdan
günahların bağışlanması və diləklər istənilir.
Çünki bu adlara and verdikdən sonra insanın
duaları mütləq qəbul olunur.
6) İmam Əli (ə) və İmam Hüseyn (ə)
ziyarətnaməsini oxumaq.
7) 100 rükət (sübh namazı kimi) müstəhəbi
namaz qılmaq. (Boynunda qəza namazı olan şəxs
6 günlük qəza namazlarını da qıla bilər. Bunun
savabı həm 100 rükətli müstəhəb namazın
savabını ödəyər, həm də 6 günlük qəza namazını
qılmış olar.)
8) Peyğəmbər (s) və onun Əhli-beytinə (ə)
salavat göndərmək. (Əllahummə səlli əla
Muhəmmədin və ali Muhəmməd)
9) Yüz dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh”
demək və tövbə etmək. Bu əməlin mənası belədir:
İnsan keçmişdə etdiyi günahlardan peşman olub
gələcəyini abadlaşdırmaq üçün Allaha söz verir.
Yəni: "Ey Allahım, bu günə qədər mən səhv yolda
olmuşam. Lakin bu gündən Sənin bütün əmrlərinə
tabe olacaq və bir daha günah etməyəcəyəm”.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев