Ayətullah Bəşir buyurur: neçə il idi ki, "Zümər" surəsinin 73-cü ayəsinin məna və təfsiri məni özünə məşğul etmişdi.
"Və siyqəlləzinət-təqav rabbəhum iləl-cənnəti zuməra"(Zümər: 73).
Yəni möminləri behiştə tərəf çəkib sürüyərlər!!
Özümdən soruşdum. Niyə "behiştə tərəf çəkib sürüyərlər" deyilib?
(Qurana aid) bütün təfsir kitablxarına baxdım amma cavab tapa bilmıdim.
Nəhayət bir gün Biharul-Ənvar kitabında İmam Sadiq əleyhissalamdan nəql olunmuş bu rəvayətlə üzləşdim. İmam Sadiq (ə) buyurur:
İmam Hüseyn əleyhissalamın dostları və möminlər Qiyamət günü Allahdan istəyərlər ki, behiştə girməzdən öncə mövlaları Hüseynlə (ə) görüşsünlər.
İmam (ə) öz sevərlərinin görüşünə gələr. Bu görüş çox uzanar. İmam Sadiq (ə) buyurur: hər iki tərəf bir-birinə baxar və heç bir tərəf, qarşı tərəfdən gözünü çəkməz. Nə İmam (ə) öz sevərlərini buraxar və nə də seyyidüşşühədanın dostları öz mövlalarından könül üzərlər.
Görüş o qədər uzanar ki, Allah behişt məmurlarına buyurar:
Bu görüşə son qoymaq üçün bu hüseyn aşiqlərini behiştə tərəf çəkib sürüyün.
ALLAHIN SALAMI OLSUN SƏNƏ YA ƏBA ƏBDİLLAHİL-HÜSEYN!
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев