Salam Aleykum
Bir gün Hz. Peyğəmbər (s) səhabələri ilə birlikdə məscid də əyləşmişdi və birdən qəribə bir canlının məscidə daxil olduğunu gördülər. Ona tərəf baxanda hər kəs qorxuya düşdü, lakin Peyğəmbər (s) buyurdu : - Heç kəs qorxmasın, sizinlə işi yoxdur. Bura mənim üçün gəlibdir.
Elə ki, Peyğəmbərin (s) məhzərinə yetişdi, dedi : - Ya Rəsulallah, səhabələrin məndən qorxdular, özümü tanıtdırım?
Peyğəmbər (s) buyurdu : - Özünü bunlara tanıtdır.
Əcaib məxluq üzünü səhabələrə tərəf tutub, dedi : - Mənim adım Haam ibn Him ibn Lamis inb İblisdir. Mən cinlər tayfasından, şeytanın dəstəsindənəm. Adəmin (ə) yerə enməsinin əvvəlindən mövcudam ta ki, axrıncı Peyğəmbərin (s) (yəni Sənin) zamanına kimi. İndi gəlmişəm Sizdən bir sual soruşam.
Həzrət Peyğəmbər (s) buyurdu : - Sualını soruş.
Məxluq dedi : - Sualım budur ki, ey Allahın Nəbisi, ey Allahın Rəsulu, Adəmin yerə endiyi vaxtdan indi Sizin gəldiyiniz zamana qədər mən dünyanın bütün günlərini görmüşəm. Bizim babamız İblis, Adəm (ə) və Onun övladlarını Allaha bəndəlik etməyə qoymayacağına and içdiyi üçün, biz məmur idi ki, Adəm (ə) və Adəmin övladlarına əziyyət verək, onları azdıraq ki, Allaha ibadət etməsinlər. Ancaq nə zaman ki, biz bəşərin Atası Adəmlə üz-üzə dururduq, birdən görürdük ki, bir nurani Ağa göründü. O, bizə elə hədə-qorxu gəlirdi ki, Onun qorxusundan daha Adəmin ətrafında dolanmağa cürət edə bilmirdik.
Biz fikirləşdik ki, bu növbəti Peyğəmbərdir, gəlib əvvəlkini qorusun. Şeys (ə) gəldi və gördük ki, bu O deyil.
Biz Şeysi (ə) vəsvəsə etməyə çalışdıq, həmən Şəxs yenə tapıldı və bizi qorxutdu. Yenə də, fikirləşdik ki, yəqin növbəti Peyğəmbərdir. Sam (ə) Peyğəmbər gəldi. Biz Ona da, əziyyət vermək istədik amma O Ağa, Sam (ə) peyğəmbərin də, köməyinə gəldi. Hər hansı bir Peyğəmbər gəlirdi, bizdə gəlirdik ki, vəsvəsə edək, ancaq görürdük ki, həmən Şəxs tapılır və onları müdafiə edir. Bizdə elə hey fikirləşirdik ki,bu yəqin növbəti Peyğəmbərdir.
Sonra Nuh (ə) gəldi, İbrahim (ə) gəldi, İshaq (ə) gəldi, Yəqub (ə) gəldi, Yusif (ə) gəldi. Amma heç biri bizimlə savaş edən Şəxs olmadı. İndi Siz gəlmisiz. Bizim inamımız var ki, Siz (Muhəmməd)-sonu
ncu Peyğəmbərsiz və Sizdən sonra Peyğəmbər yoxdur. Və mənim sualım budur ki, gəlmişəm soruşam,O Ağa, kimdir ki, Adəmdən (ə) Xatəmə (s) (yəni Sizə) kimi bütün Peyğəmbərləri qorudu. Kimdir o Şəxs? Həzrət Peyğəmbər (s) buyurdu : - Onu görsən tanıyarsan?
Məxluq dedi : - Bəli Onu bütün ömrüm boyu görmüşəm, əlbəttə tanıyaram. Möminlərin Əmiri Əli (ə), Peyğəmbərin (s) sağ tərəfində başı aşağı əyləşmişdi və Peyğəmbər (s) mübarək əlini Həzrət Əlinin (ə) çənəsinin altına qoyub, üzünü qaldırdı.
Peyğəmbər (s) soruşdu : - Bax gör həmən Şəxsdir, yoxsa yox? Bu zaman Haam ibn Him, İmam Əlini (ə) gördü və odun üstündə ki, üzərrik kimi yerindən atıldı.
Sonra məxluq dedi : - And ola Allaha ! Yanınızda oturan Şəxsdən savayı Peyğəmbərləri qoruyan və möminləri himayə edən yoxdur. Ey Allahın Nəbisi, kimdir bu Şəxs?
Həzrət Peyğəmbər (s) buyurdu : - 1) Mənim Qardaşım ! 2) Əmim oğlu ! 3) Mənim Vəsim ! 4) Mənim Varisim ! 5) Sirlərimin Sahibi ! 6) Həsən və Hüseynin Atası ! 7) İki dünyanın Ağası ! 8) İki əmanətin (Quran və Əhli-Beyt) İmamı ! 9) Dinin Rəhbəri ! 10) Tək Allahlıların Rəisi ! 11) Alınları iman nuru ilə parıldayanların Rəhbəri ! 12) Təqvalıların Ağası ! 13) Möminlərin Əmiri ! 14) Allahın məğlub edilməz Aslanı ! 15) Bütün qaliblərə Qalib ! °••Bu-Əli ibni Əbu Talibdir (ə) !!!
Mənbə : Əhli-Sunnə 《 Şeyx Baqir Şərif əl-Qurəyşi,"Movsuətul-Hədis".》 Əhli-Şiə 《 Əllamə Məclisi,"Biharul-Ənvar".》
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев