Valideynin məsuliyyəti
Bağışlayan və Mehriban Allahın adı ilə
Müqəddəs İslam dinimiz ailə hüquqlarını yüksək
qiymətləndirmiş və bu məsələyə xüsusi diqqət
yetirmişdir. Uca Yaradan insanları digər
məxluqlardan üstün tutaraq onların bu dünyada
aram, xoşbəxt və sülh içində yaşayışını təmin
etmək üçün müqəddəs Quranı-Kərimi nazil
etmişdir. Kamil və nöqsansız olan İslam dinində
cəmiyyətə lazım olan bütün sahələr üzrə dəqiq,
dolğun qanunlar və hədəflər müəyyən edilmiş,
həmçinin bunlardan düzgün faydalanmaq üçün
ƏӘhli-beytə (ələyhimussəlam) itaət etməyimiz
vacib buyrulmuşdur:
ﻳَﺄَﻳﻬُّﺎ ﺍﻟَّﺬِﻳﻦَ ﺀَﺍﻣَﻨُﻮﺍْ ﺃَﻃِﻴﻌُﻮﺍْ ﺍﻟﻠَّﻪَ ﻭَ ﺃَﻃِﻴﻌُﻮﺍْ ﺍﻟﺮَّﺳُﻮﻝَ ﻭَ ﺃُﻭْﻟﻰِ ﺍﻟْﺄَﻣْﺮِ ﻣِﻨﻜﻢ
“Ey iman gətirən kəslər, Allaha, Onun
Peyğəmbərinə və özünüzdən olan əmr
sahiblərinə (İmamlara) itaət edin.” (Nisa surəsi,
ayə 59).
Bəzən insan öz ağlına güvənərək hər hansı bir
əməlinin düzgün və haqq olduğunu zənn edərək
həmin əməli araşdırma aparmadan yerinə
yetirməkdə davam edir. Sözsüz ki, belə bir şəxs
heç vaxt dünya və Axirət həyatından
bəhrələnməyəcək. Çünki, əgər insanlar Әziz
Peyğəmbərimizin (salləllahu ələyhi və alihi və
səlləm) dönə-dönə tapşırdığı bu iki əmanəti
(Quran və Əhli-beyti) kənara qoyub, hər şeyi öz
ağılları ilə ölçsələr, təbii ki, istər ailədə, istərsə
də cəmiyyətin müxtəlif sahələrində sağlam və
düzgün həyat tərzindən uzaqlaşıb uçuruma
doğru yuvarlanacaqlar. Yəni, insan dindən
ayrıldığına görə həyatında baş verən müxtəlif
problemlər, o cümlədən, zülm, təkəbbür, əsəb,
paxıllıq və s. səbəblər cism və ruhu parçalayıb
məhv edəcəkdir.
Böyük cəmiyyət kiçik hissələrdən təşkil tapır və
bu hissələrə “ailə” deyilir. Əgər ailə islah
olunarsa, onda cəmiyyət tez bir zamanda islah
olunar. Xüsusilə ictimada baş verən fəsadın
güclü dalğaları çox təhlükəlidir. Bu dalğaları
zərərsizləşdirmək üçün valideyn öz övladının
əxlaq və tərbiyəsinə ciddi yanaşmalı, öhdəsində
olan vəzifələri bacardığı qədər dəqiq yerinə
yetirməlidir.
Müasir dövrümüzdə yaşayan bəzi
yeniyetmələrin tərbiyəsinə nəzər saldıqda yan
keçmək olmur. Onların insanlıqdan kənar mənfi
hərəkətləri qəlbləri sızladır. O cümlədən:
1- Təhsil ocaqlarında (orta məktəb, texnikum,
institut və s.) qız və oğlanların arasında baş
verən şəhvətpərəstlik;
2- Oğlanların qız üstündə, yaxud nəfsi vә
şәhәvani istəklər üstündə bir-biri ilə dalaşması;
3- Oğlanların qızlara şəhvət nəzəri ilə baxıb
onlara söz atması;
4- Әxlaqsız sözlərdən və söyüşlərdən istifadə
edilməsi;
5- Valideynlərə, müəllimlərə, böyüklərə
hörmətsizlik və kiçiklərə zülm olunması;
6- Tütün məmulatları, qumar və spirtli içkilərdən
istifadə edilməsi;
7- Evə gec gəlmə halları, əxlaqsız filmlərə
tamaşa etməsi və s. cinayətlərin törədilməsi;
Yәqin ki, hәr il 25 mayda baş verәn
cinayәtlәrdәn hamının xәbәri var. Hәmin gün
qeyrәtsiz oğlanların qızlara tәcavüz etmәsi
edilәn günahlardan bir nümunәdir. Görәsәn,
adını qeyrәtli qoyan müsәlman hara gedir?
Doğrudanmı belәlәri müsәlman sayılır?
Təəssüflə qeyd etmək lazımdır ki, bəzi
valideynlər dünyaya qapılaraq övladlarını öz
başına buraxmışlar. Bu valideynlər müqəddəs
və vacib bir vəzifə sayılan övlad tərbiyəsinə
etinasız yanaşaraq övladlarının yalnız maddi
yönümünü düşünür və bunun həlli üçün çarə
axtarırlar. Onlar elə fikirləşirlər ki, uşağı yedirib-
içirtmək, geyindirmək, məktəbə yola salmaq və
xəstələnəndə dadına çatmaq lazımdır. Daha
övladının mənəvi yönümü onları maraqlandırmır
və Allahın əmanətini tərbiyə etmək barədə
düşünmək belə ağıllarına gəlmir. Valideyn
bilməlidir ki, iki hissədən (cism və ruhdan)
yaradılmış insanın cisminə qida lazım olduğu
kimi ruhun da qidası mənəviyyat və əxlaqla
təmin edilməlidir. Məhz belə olan surətdə
cəmiyyətə sağlam və tərbiyəli övladlar təhvil
verilə bilər. Əgər ata və ana həm özünün, həm
də övladlarının səadətini düşünməsə, qarşıdan
gələn əzaba hazırlaşmalıdır. Qurani-Kərim bu
barədə belə buyurur:
ﻳَﺄَﻳﻬُّﺎ ﺍﻟَّﺬِﻳﻦَ ﺀَﺍﻣَﻨُﻮﺍْ ﻗُﻮﺍْ ﺃَﻧﻔُﺴَﻜﻢُ ﻭَ ﺃَﻫْﻠِﻴﻜﻢُ ﻧَﺎﺭًﺍ ﻭَﻗُﻮﺩُﻫَﺎ ﺍﻟﻨَّﺎﺱُ ﻭَ ﺍﻟﺤْﺠَﺎﺭَﺓُ
ﻋَﻠَﻴﻬْﺎ ﻣَﻠَﺌﻜَﺔٌ ﻏِﻠَﺎﻅٌ ﺷِﺪَﺍﺩٌ ﻟَّﺎ ﻳَﻌْﺼُﻮﻥَ ﺍﻟﻠَّﻪَ ﻣَﺎ ﺃَﻣَﺮَﻫُﻢْ ﻭَ ﻳَﻔْﻌَﻠُﻮﻥَ ﻣَﺎ ﻳُﺆْﻣَﺮُﻭﻥ
“Ey iman gətirən kəslər, özünüzü və ailənizi
yanacağı insanlardan və daşlardan ibarət olan
atəşdən (Cəhənnəmdən) qoruyun. Qəliz (işləri
dәqiqliklә tәlәb edәn) mələklər onların üstündə
gözətçidirlər. (Onlar) Allahın əmrindən boyun
qaçırtmaz və buyurulan əmri (dəqiq) yerinə
yetirərlər.” (Təhrim surəsi, ayə 6).
Şərif ayədəki “özünüzü” kəlməsi birinci növbədə
ataya aiddir. Adətən ata, evdən səhər çıxıb
axşam gəldiyi üçün övladının tərbiyəsi ilə ya
məşğul olmur, ya da buna çox az əhəmiyyət
verir. Lakin o, bilməlidir ki, başqa dini vəzifələr
boynunda vacib olduğu kimi övlad tərbiyəsi də
vacib və ön planda durur.
Rəvayətdə deyilir: “Ayə nazil olandan sonra
səhabələrdən biri Peyğəmbərin (salləllahu
ələyhi və alihi və səlləm) hüzuruna gəlib
soruşdu: “Ey Allahın elçisi, biz ailəmizi atəşdən
necə qoruyaq?” Həzrət (salləllahu ələyhi və alihi
və səlləm) buyurdu: “Onları əmr be məruf (yaxşı
işlərə dəvət) və nəhy əz münkər (pis işlərdən
çəkindirmək) et! Əgər səndən qəbul etsələr
(sözünə qulaq assalar), onları Cəhənnəm
atəşindən qorumuş olursan. Lakin qəbul
etməsələr, (bil ki, boynuna düşən) vəzifəni
yerinə yetirmisən.” (Nurus–səqələyn, c. 5, səh.
372) .
Hədisdə zikr olunan “əmr be məruf” Allah-
təalanın vacib buyurduğu əməllərə, “nəhy əz
münkər” isə Onun haram və qadağan etdiklərinə
işarədir.
Başqa bir hədisdə əziz Pe yğəmbərimiz
(salləllahu ələyhi və alihi və səlləm) belə
buyurur: “Bilin ki, hamınız gözətçisiniz və
gözətçi olduğunuz insanların qarşısında
məsuliyyət daşıyırsınız. Belə ki, İslam
hökumətinin başçısı bütün camaatın
gözətçisidir və buna görə də o, məsuliyyət
daşıyır. Kişi öz ailəsinin gözətçisidir və o, buna
görə məsuliyyət daşıyır. Qadın da həmçinin
ailəsinin gözətçisi və məsuliyyət daşıyanıdır.
Agah olun! Hamınız məmursunuz və məmur
olduğunuz insanların qarşısında məsuliyyət
daşıyırsınız.” (Təfsire – numunə, c. 24 , səh.
307).
Rəvayətdə deyilir: “Peyğəmbərin (salləllahu
ələyhi və alihi və səlləm) yaxın səhabələrindən
biri dünyasını dəyişən zaman O Həzrət
ayaqqabılarını soyunub mərhumun cənazəsini
öz mübarək çiynində müşayiət etməyə başladı.
Onu qəbrə qoyarkən mərhumun anası dedi: “Ey
oğlum, xoş sənin halına ki, Peyğəmbər
(salləllahu ələyhi və alihi və səlləm) səni qəbrə
qoyur. Sənə Cənnət müjdəsi olsun.” Peyğəmbər
(salləllahu ələyhi və alihi və səlləm) buyurdu:
“Belə demə! İndi onu qəbr əzabı gözləyir. Çünki
o, ailəsinə əziyyət edir və onlara qarşı
məsuliyyətsiz yanaşırdı...”
Hədisdən belə məlum olur ki, əgər hər kəs
Allahın buyurduğu qanunların bəzisini yerinə
yetirib qalan hissəsinə etinasız yanaşarsa, qəbr
əzabı sorağına gələcəkdir.
Elə isə ey ata! ƏӘgər özün namaz qılıb övladını
namaza sövq etməsən, bil ki, namazın sənə heç
bir xeyiri olmayacaq.
Ey ana! ƏӘgər özün hicaba riayət edib qızının
hicabına diqqət yetirməsən, örtüyün sənə nə
faydası?!...
İlahi! 14 Məsum (ələyhimussəlam) xatirinə,
vəzifələrimizi düzgün yerinə yetirməkdə bizə
kömək et və aqibətimizi xeyirlilərdən qərar ver !
Amin, ya Rabbəl aləmin.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев