Diqqət!!!
Azərbaycanda ilk dəfə olaraq Sumqayıt şəhərində Moskva Beynəlxalq Sağlamlıq Akademiyasının filialı açılır. Bu münasibətlə Moskva Beynəlxalq Sağlamlıq Akademiyasının 1 Dekabr 2012-ci il seminarı keçiriləcək.
Seminarın mövzusu :
“Optimal həyat təminatı və sağlam həyat tərzi sistemi”
Seminar T.E. N. Həkim, pedaqoji elmlər doktoru, Moskva Beynəlxalq Akademiyasının rektoru, BMT nəzdində beynəlxalq informasiya, ətraf mühitin qorunması bölməsinin akademiki , “Sağlam olmaq hüququ” beynəlxalq proqramın rəhbəri akademik Butakova Olqa Alekseyevna tərəfindən aparılır.
Son illər xəstəliklərin əhalinin bütün yaş qrupları arasında artması müşahidə edilir. Bunun səbəbləri müxtəlifdir: daimi streslər, sosial depresiyanın yüksək səviyyəsi, keyfiyyətsiz qidalanma, külli miqdarda konservant və toksiki maddələrlə zəngin qida, antibiotiklərin və digər kimyəvi preparatların nəzarətsiz qəbulu, hədsiz sayda yeni yaranmış viruslar, göbələk və bakteriyalar, endokrinoloji xəstəliklər, daima pisləşən ekoloji vəziyyət, içməli suyun keyfiyyətsizliyi, travma və erkən keçirilmiş xəstəliklər və s.
Aydındır ki , bu situasiyada səhiyyə sisteni müəyyən çətinliklərlə üzləşir və insan öz daxili resurslarını hərəkətə gətirməlidir ki, sağlam əmək qabiliyyətinə malik olsun. Bunun üçün isə yeni biliklər lazımdır. İnsan sağlamlığı üçün mübarizədə elmin son nailiyyətləri barədə informasiya sağlam yaşamaq istəyən hər kəs üçün vacibdir.
Sağlamlıq Akademiyasi əlavə təhsil sistemi prinsipi ilə işləyərək bütün arzu edənlərə sağlam həyat tərzi problemləri üzrə elmi praktik seminarda iştirak etməyi təklif edir . Siz yeni unikal informasiya almaqla bərabər, alimlərin insanların həyatına təminat verən sistem və sağlamlıq konsepsiyası barədə məlumat alacaqsınız. Bu konsepsiya insanın sağlam yaşaması üçün, təbii həyat tərzini, təbiət mexanizmlərindən sağlamlığı bərpa etmək üçün düzgün, ağıllı qidalanma və su qəbul etmə mexanizmi barədə məlumatla sizi tanış edəcək .
Seminara öz sağlamlığını qorumaq və başqalarına saglam olmaq üçün kömək göstərmək istəyən bütün şəxslər dəvət olunur.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев