Предыдущая публикация
Qoyma bu məhəbbət
bitsin kədərlə,
Məni atıb getmə,getmə
sevgilim.
Oynama vəfasız sevən
ürəklə,
Dikanlı gül olub bitmə
sevgilim.
Gün gələr sevgilim səndə
sevərsən,
Onda bu sevgilin düşər
yadına.
Əl açıb sən məndən sevgi
istərsən,
Bilki bu sevgimdə çatmaz
dadına.
Yenədə sən düşün gülüm
gedərkən,
Nəyə lazım qüssə kədər
sevgilim.
Məni ağlar qoydun səni
sevərkən,
Eylədin qəlbimi hədər
sevgilim.
Eşitdim başqası olub
həmdəmin,
O da çox sevməyib tez
atıb səni.
Zəng vurub danışdın
mənə dərd qəmin,
Sənə dedim axı axtarma
məni.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1