Kəndin əhalisi min nəfərdən artıqdır. 300 ha-dan çox torpaq sahəsi kənd sakinlərinə əkin üçün pay torpağı kimi verilmişdir.
Yaşlı kənd sakinlərinin dediklərinə və kənd tarixçiləri İsayev Şirəli Mansur oğlu ilə Balaşov Malik Dəmir oğlunun birgə yazdıqları "OĞUZ ELİ ANZOV" kitabına əsasən kənddə ilk məskunlaşmanın tarixi 400 il bundan əvvələ təsadüf edir.
Kəndə ilk gələn Qılıncxan olmuşdur. O İranın Germi yaxınlığındakı Kələnsura kəndindən gəlmişdir. Qılıncxan bura gəldiyi zaman yaşlı olduğu üçün ömrünü dəyişdiyindən ilk məskunlaşma onun oğlu Həsənkərimin adı ilə bağlayanlarda var. Həsənkərim burada məskunlaşdıqdan sonra İranın Ərdəbil vilayətindəki Yəmən kəndindən gəlmiş Hüseyn də burada məskunlaşır. Bu gün bu nəsillərin 1000 nəfərdən artıq nümayəndəsi Anzovda, ondan da artıq respublikanın ayrı-ayrı yerlərində yaşayırlar.
Böyük vətən müharibəsi illərində 30-dan artıq anzovlu itkin düşmüş, bu günə qədər onlar haqqında heç bir məlumat yoxdur. Qarabağ savaşında isə Anzov beş şəhid verdi. Tarix boyu Anzovun mərd oğulları və xeyriyyəçiləri olmuşdur...
Yazarlardan R. Həbib oğlunun, M. Dadaşlnını, dilçi alimlərdən Şahlar Göytürkün, tibb alimi Ş. Səmədovun ana yurdudur Anzov!..
"Anzov" toponiminin mənası türk dilindən tərcümədə "xan soylu", "xan nəsilli" anlamındadır. Tarix boyu burada türklər yaşamışdır...
Kənd haqqında geniş məlumatları M. Balaşovun və Ş. İsayevlə birgə müəllifləri olduqları OĞUZ ELİ ANZOV kitabından oxumaq olar.
vcuddur.Bu baxımdan hər bir bölgənin danışıq tərzi, ifadələri və tələffüzü də bir-birindən seçilir.
...Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2