Çox gözəl və çox
valehedici. 18 yaşına gəlib çatmış
qız heç vaxt sevgi haqqında
düşünməyib və sevginin nə
demək olduğunu bilmir. O,
universitetə daxil olur. 15
sentyabr 2011ci il, tam fərqli
mühit və tam fərqli insanlar, yəni,
onun yeni tələbə yoldaşları.
Əvvəlcə tələbə yoldaşlarını tanıyır.
Günlər keçdikcə tələbəlik də
adiləşmişdi. Artığ o, birinci
smestri bitirmişdi. İkinci
smestrdən də günlər getməkdə
idi. Lakin o, bir anda heç
gözləmədiyi bir hadisəylə
rastlaşır. Qrup yoldaşlarından biri
qəribə olsada ona məktub
yazmışdı. Sevgi məktubu. O,
məktubu oxuyur və sonunda
yazılmış şeir onun xoşuna daha
çox gəlir. Qız həmin şeri öz
gündəliyinə yazır. Səhəri gün
universitetə gələndə oğlanı
görmür. Çünki oğlanın ailəsi
başqa bir şəhərdə olurdu və öz
ailəsinin yanına getmişdi. Oğlan
həm də düşünürdü ki, bir aylığ
yoxluğu qızı düzgün qərar
verməyə kömək edər. Bu
hadisənin görünən tərəfi idi.
Əslində oğlanın ürəyi xəstə idi və
o müalicə üçün getmişdi. Bir
aydan sonra oğlan da gəldi və
artığ adi qrupyoldaşı kimi
gördüyü birisinə baxışları
dəyişmişdi. Qız oğlanla qrup
daxilində daha çox ünsiyyətdə
olsa da ona cavab barədə heç nə
demirdi. Bu şəkildə bir ay da
keçdi. Nəhayət oğlan cəsarətini
toplayıb qızla üz-üzə danışmaq
qərarına gəldi. Dərs çıxışında o,
qıza yaxınlaşdı və danışmağ
istədiyini bildirərək qızdan icazə
istədi.
Oğlan:-Mənə nəsə demək
istəmirsən?
Qız:- Nə barədə?
Oğlan:-Sənə olan duyğularım
barədə.
Qız:-Bilmirəm nə deyim.
Oğlan:-Ya hə de yadaki yox.
Qız:-Bilmirəm.
Oğlan:-Yox demək istəyirsənsə
çəkinmə, birdə səni narahat
etmərəm.
Qız:-Olar sabah deyim cavabımı?
Oğlan:-Olar.
Sağollaşıb ayrıldılar. Səhər olur və
oğlan artığ eşidəcəyi cavabı hiss
etdiyindən dərsə sevincli getdi.
Dərs başlaydı. Oğlan hələ də
cavabı gözləyir səbrlə. Onun
eşitdiyi cavab onun həyatı
sevməsinə səbəb olmuşdu. Sevgi
dolu günlər keçir və onları sevgisi
daha da böyüyürdü. Artığ ikinci
smestr də başa çatdı və onlar
sonuncu imtahanda bir-birilərinə
daha çox yaxın olmağa çalışdılar.
Çünki qarşıda iki aydan çox bir
müddətdə görüşməyəcəydilər.
Onlar ayrı-ayrı şəhərlərdən idi. Qız
gəncəli, oğlan isə Bakılı idi və
Gəncə şəhərində universitetdə
oxuyurdular. Onlar yay ərzində
tez-tez danışa bilmirdilər. Zaman
keçdikcə qız oğlanla daha az
danışmağa başladı. Oğlan isə
buna yaxşı bir məna verməyə
şalışırdı və yeni dərs ilini
gözləyirdi. Həmin gün, yəni 15
sentyabr 2o12cu il. Onlar yenidən
görüşdülər. Ancağ keçən bir ay
ərzində qız bilərəkdən oğlanın
qəlbinə toxunurdu. Qızın da
istədiyi kimi onlar ayrılmalı
oldular. Oğlan hər gecə onun
üçün yad olan bir şəhərin
küçələrini içkili vəziyyətdə göz
yaşları ilə yuyurdu.
Bacarmayacağını bilsə də o buna
çalışırdı. Çünki o, bu ayrılığa bir
məna verə bilmirdi. Yaşadığı
sevginin niyə sona çatdığını
bilmirdi.Gecələrdən biri yenə
oğlan üçün daha zülmətiydi. O,
yenə içirdi və yenə çəkirdi tək.
Birdən ona sms gəldi. Yazana
baxdı yorğun gözləri. Yazan
“birdənəm: ))” idi. O həyəcanla
oxudu bu smsi. Ama o bunu heç
gözləmirdi. Yazılmışdı:”Salam O....
Qurban olum anam hər şeyi
eşidib. Bu gün ağzına nə gəlsə
deyib mənə. Universitetə gəlib
sənlə də danışacağ. Səndən
soruşsa deyərsən mənlə
danışmayıb, nə dəki mənə
heçvaxt sms yazmayıb”. Oğlan
daha pis vəziyyətə düşdü və o
gecə yarısı küçədə divarın
dibiundə oturdu. Çox keçmədi
yeni bir sms gəldi: “ Anam
telefonumu alır əlimnən. Əgər
oxuyub məni anladınsa tez qısa
zəng at”. Oğlan neyləyəcəyini
bilmirdi. Tək o barədə düşünür ki,
sevdiyimi pis vəziyyətdə
qoymayacam. Təxminən yarım
saat keçir və yeni bir sms “Demək
məni sevməmisən. Nəysə boş ver.
Sil getsin.”
Oğlan səhər dərsə gəlir. Yenə
yorğun baxışlar və yenə yorğun
addımlarla. O qızla üz-üzə danışır.
O: -Mənə deyirsən mən indi yalan
danışım,
Qız astaca başını yelləyərək yaşlı
gözləriylə oğlanın gözlərinə baxır.
Oğlan ürəyində vermək istədiyi
bütün sualları qıza verir.
O: - Mən bu yalanı nəyin uğruna
danışım hə?
Q: -Gələn həftə nişanımdı. Səndən
ayrılmağımın da səbəbi budu.
Oğlan universitetin dəhlizində
dizləri üstə çökür. Həyatı alt üst
olur. Sonda o, qıza deyir:
- Sənin məni sevməməyinə baxma
mən səni sevmişdim sevirəm
sevəcəm də. Evlənsən də, ana
olsan da. Bir ömür qayıdışını
gözləyəcəm.
Oğlan gözlərini silib girmək
istəyəndə qız qolundan tutur və
oğlana qara üzlü bir dəftər verir.
Qızın nişanı oğlanın ad günündə
olur. 01.09.2o13. Oğlan bütün
günü qızdan sms gözləyir. Ama
gəlmir gözlədiyi quru bir təbrik
smsi. Oğlan gecə-gündüz
yatmadan qara üzlü dəftəri
oxuyur. Onun ilk məktubunun
üzü və o gündən bu günə hər
səhifədə öz adına rast gəlir və hər
səhifənin sonunda oxuyur:”
xoşbəxtəmki həyatımda ))Elihuseyin
var”. Və nəhayət sonuncu səhifə.
Sadəcə bunlar yazılmışdı:”Əlvidə
gündəliyim, əlvida sevgim. Mən
sizə sadiq qala bilmədim.
Sirdaşım mən səni elə bir adama
verəcəm ki, o səni bir ömür
qoruya, məni bir ömür sevəcəyi
kimi.”
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев