Ya gərək camiədən kəlmeyi-Quran kəsilə,
Ya gərək gördü Yəzidə baş əyib beyət edə,
Zadeyi-hind verən hökmlərə taət edə,
Ya gərək tiği-şərər-bar çəkib nehzət edə,
Tutdu təsmim öz dininə qurban kəsilə.
Gördü Qurana vurur lətmə güruhi-əməvi,
O qədər qalmayır pamal ola şəri-nəbəvi,
Bir qiyam etdi Hüseyn nəsli-şüca ələvi,
Ki, gərək zülmü-sitəm etməyə tuğyan, kəsilə.
Dedi baş əymərəm ədayə başımdan keçərəm,
İçmərəm su, susuz ölləm, su kimi qan içərəm,
Öz əlimlə balamın qəddinə xələt biçərəm,
Bu Minada gərək Əkbər kimi qurban kəsilə.
Pur Sufyani açıb dinə xəyanət əlini,
Uzadıb pak əlimə sülhü-məvəddət əlini,
Verə heyhat Hüseyn zalıma beyət əlini,
Ola gər əllər al-qanlı əlvan, kəsilə.
Əl əgər düz əl ola qiymətə gəlməz elə əl,
Pakdil şəxsə çətindir verə napak ələ əl,
Leyk bir üzri-müvəccəhdi verəm becdələ əl,
Bu günahın əli xoşdur gecə pünhan kəsilə.
Aləmi-zərridən aşiqdi bu sövdayə başım,
Döndərə mətbəxi bir vadiyi sinayə başım,
Nizə başında gedə duri-nəsarayə başım,
Bilələr haqqımı söz qurtula, ünvan kəsilə.
Qoymaram dəysin əcanib əli din pərçəminə,
Din yolunda verərəm Əsğərimi ox dəminə,
Ağlasın xırda uşaqlar gərək Əsğər qəminə,
Gül boğazın biçə xəncər kimi peykan, kəsilə.
Altı aylıq balam axır ox ucundan süd əmər,
Qan içində çabalar, əllərim üstə süd əmər,
Ay batar, ulduz axar, qana batar qursi-qəmər,
Nə olu zahirdə mənə çarəvü imkan kəsilə.
Etməsəm dinimə nüsrət, olur çox nəng mənə,
Yoxdu qorxum tuta dünyanı ədu tək mənə,
Var Əbülfəzl kimi sahibi-örnək mənə,
Qoymaz əldən ələmi ta ələ qoldan kəsilə.
Delxoşam ta yaralı cismimə qan bəstər ola,
Bu muqəddəs başımın balışı xakəstər ola,
Gah yerim nuki cidalar gahi təşti-zər ola,
Həqqim isbat ola, rədd etməyə bürhan kəsilə.
Hər bəla gəlsə güvaradı mənə, yox demərəm,
Azdı hər qədəri yarə dəysə mən çox demərəm,
Ox gəlib qəlbimə sancılsa xoşam, ox demərəm,
Del gərək eşqilə ləbriz ola, nöqsan kəsilə.
Badeyi-kibri Yəzidi eləyib məsti xumar,
Məclisə hazır edib musiqi və şürbü qumar,
Dini baziçə edib əldə o bişərmü-vüqar,
Küfrə tərvic verir rişəyi-iman kəsilə.
Başımı təşnə qəfadan kəsəcəklər bilirəm,
Hamı ağlar mənə mən qəlbidə şadam gülürəm,
Hamı bilsin ki,mən İslam yolunda ölürəm,
Səltənət fikri yoxum,qoy rəhi-böhtan kəsilə.
Zülm bünyanını viran eləməkdir nəzərim,
Zülm oduyla bu məram üstə yanar xeymələrim,
Mən gedən xətt ilə məşyi eyləyəcək şiələrim,
Zalım olmazlar əgər bağları ətşan kəsilə.
Ey Kərimi, sənə tofiq verib rəbbi-cahan,
Lütf edib hüsne rəqəm, tündü-qələm, təbi-rəvan,
Həsrətim bir budu dünyada verən vəqtə can
Şah gələ yanıva cismindən o dəm can kəsilə
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев