Xeymələrdə qurulub məhşəri-kübra bu gecə,
Əli qoynunda gəzir həzrəti-Zəhra bu gecə.
Yarü ənsari-Hüseyn razü niyaz üstədilər,
Bu gecə möhlət axirdi namaz üstədilər,
Vəsl vəqti yetişib suzi-güdaz üstədilər,
Bəzmi-yarə hamısı oldu muhəyya bu gecə,
Ucalıb noh fələkə naleyi-tiflan Hüseyn,
Zeynəbi etdi qəmin söhbət-hicran-Hüseyn,
Taqəti can aparıb nəğmeyi-Quran Hüseyn,
Əcəba olmadı viran hamı dünya bu gecə.
Əlləri üstə alıb Əsğəri biçarə Rübab,
Yandıran sözlərilən aləmi eylərdi kəbab,
Xanə səbrimi ahın ilə dedi etmə xərab,
Nə südüm var nə suyum,neyləyim bu gecə.
Nehzətin lazımı olmuş batasan qanə gərək,
Gedəsən həzrəti-Zəhra yanına qanlı ürək,
Baği-cənnətdə gözləyər yolunu huru mələk,
Sənə xatir bəzənib şaxeyi-tuba bu gecə.
Badə nuşan ələstin ürəyi vəslə əsir,
Dərk edə məhzəri-cananı ürəklər tələsir,
Zeynəbin çarəsin əldən səhərin fikri kəsir,
Yanar odlara düşüb Zeynəbi-Kübra bu gecə.
Kim səhər peykəri üryanə əza saxlayacaq,
Kim o üryan bədəni görcək ürək dağlayacaq,
Qoyun asudə yata, Zeynəb ona ağlayacaq,
Yetəcək başa onun izzəti guya bu gecə.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев