Mənada bu yer ərşi-Xudadır, bacı Zeynəb,
Səbr eylə dayan, Kərbübəladır, bacı Zeynəb
Yoxdur bu yerin şəninə dünyada çatan yer,
Olmaz belə bir şöhrəti afaqı tutan yer,
Buyurdu bacı, qafiləyi-eşqi yatan yer,
Aramgəhi-əhli-vəfadır, bacı Zeynəb.
Girəm ki, Mədinə mənim əsli vətənimdir,
Mihəndi mənə gülşəno bağ və çəmənimdir,
Bu Kərbübəla aləmi-xilqətdə mənimdi,
Ayinəyi-mişkati-hüdadır, bacı Zeynəb.
Mən saliki-eşqəm buradır məktəbi-irfan,
Bu yerdə gərək əhdi-ələstu tapa payan,
Şayəstədi bu mənzilə yetmiş iki qurban,
Üşşaqə bu yer kuhi-Minadır, bacı Zeynəb.
Bu yerdə tiri-hasil mənzuri-Hüseyni,
Mehr və mehi heyrətdə qoyan nuri-Hüseyni,
Bir xatirədir ləylətul-aşiri Hüseyni,
Ənsari-Hüseyn burda fədadır, bacı Zeynəb.
Məhbubi-Xuda bəstəyi-hübbül vətən olmaz,
Dildarı tapan mayili seyri-çəmən olmaz,
Aşiq qoyan öz adını peyman şekən olmaz,
Əhdimdə qüsur olsa xətadır bacı Zeynəb.
Eşq aləmidi vermərəm əfkarimə təğyir,
Quranə gərək burda yazam qan ilə təfsir,
Xoşdur ürəyimdən dəyə üç şöbəli bir tir,
Bilsinlər Hüseyn dinə fədadır, bacı Zeynəb.
Haşa qəm və ənduhidən etsin giley aşiq,
Şəmşir ilə doğransa edər hövsələ aşiq,
Atdan üzü üstə yıxılar məqtələ aşiq,
Nifrin yerinə zikri duadır, bacı Zeynəb.
Düşmən əlimi burda üzər hər kömyəindən,
Bir ox dəyər axır nəfəsimdə ürəyimdən,
Zəhra baş açar qan süzüləndə kürəyimdən,
Aləm mənə məşğuli-əzadır, bacı Zeynəb.
Təsmim tutub ümdə budur fikri Yezidin,
Nehzət eləyib ziddinə Qurani-məcidin,
Məhv eylərəm asarını yeksər o pəlidin,
Din üstə Hüseyn ölsə rəvadər, bacı Zeynəb.
Mən kuştey-eşqəm deyiləm məsti-riyasət,
Biganə edəmməz mənim əmrimdə dəxalət,
Ta var nəfəsim eylərəm İslamı himayət,
Allah da bu təsmimə rizadır, bacı Zeynəb.
Nə əhli-xərabat və nə meyxanə pərəstəm,
Nə naqizi-peyman və nə peymanə pərəstəm,
Nə xain və qəddar və nə biganə pərəstəm,
Əvvəldən Hüseyn əhli-viladır, bacı Zeynəb.
Mən saxlaram İslami bu küffar arasında,
Təbliğ edərəm dinimi əşrar arasında,
Tənzilləri ba rəsm ola bazar arasında,
Səbr etsə Hüseyn dinə cəfadır, bacı Zeynəb.
Sən də mən ilə şirkət elə rahi-vəfada,
Səbr eylə fişari-qəm və ənduh və bəlada,
İslam adını zində edək Kərbubəlada,
Bu dinə fəda Ali-əbadır, bacı Zeynəb.
Qanım bu qara torpağı ləli-gohər eylər,
Zəvvarı həmin torpağı kühli bəsər eylər,
Bu toprağı şahlar özünə taci sər eylər,
Bimarlərə xaki-şəfadır, bacı Zeynəb.
Bu yerdə batar qanına övladi-Peyəmbər,
Su üstə verər qolların Əbbasi-dilavər,
Ləbteşnə verər can yaralı Qasim və Əkbər,
Əsğər hədəfi tiri-bəladır, bacı Zeynəb.
Bu yerdə axar qan yaralardan su yerinə,
Bu yerdə susuzdan saralar nazlı Səkinə,
Bu yerdə soyar qızlarımı ləşkəri-Kinə,
Əflakə çaxan-şuru-nəvadır, bacı Zeynəb.
Bu yerdə alar dövrəmi qəm dəstə-bədəstə,
Əsğər susuzundan çabalar əllərim üstə,
Haşa o cəfalar edə əfkarımı xəstə,
Gəldikcə bəla qəlbə səfadır, bacı Zeynəb.
Eylərlər təbərrük bu yerin gərdü-qübarın,
Bir dəridi hər bisərü pa bilməz əyarın,
Bu yerdi Kəriminin alan səbr və qərarın,
Daim sözü ya Kərbubəladır, bacı Zeynəb.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев