>>>>>1990-cı il yanvarın 20-də Azərbaycanın
ərazi bütövlüyünü pozmaq cəhdlərinə,
keçmiş SSRİ rəhbərliyinin Azərbaycanla
bağlı apardığı qərəzli siyasətə, yerli
rəhbərliyin xalqımızın mənafeyinə zidd
mövqedə durmasına qarşı etiraz
əlaməti olaraq küçələrə çıxmış dinc
əhaliyə divan tutmaq məqsədilə Bakıya
və respublikanın digər rayonlarına
sovet hərbi hissələri yeridildi. Dinc
əhalinin kütləvi etiraz aksiyalarının ağır
hərbi texnikanın köməyi ilə vəhşicəsinə
dağıdılması təkcə süquta uğramaqda
olan sovet siyasi sisteminin qorunması
cəhdi kimi deyil, həm də
azərbaycanlıların tarixi torpaqlarından
sıxışdırılıb çıxarılması ilə bağlı Çar
Rusiyasının əsrlərlə apardığı mənfur
siyasətin yeni şəraitdə davamı idi.
20 Yanvar hadisəsi xalqımızın
yaddaşına qanlı faciə kimi daxil olsa da,
bütövlükdə milli tariximizin ən şanlı və
qəhrəmanlıq səhifələrindən birini təşkil
edir. Məhz 20 Yanvardan başlayaraq
Azərbaycan xalqı SSRİ-nin tərkibində
ədaləti bərpa etməyin qeyri-
mümkünlüyü və milli haqlarımıza
obyektiv yanaşma nümayiş olunacağına
öz inamını birdəfəlik itirdi.
Hakimiyyətin mənbəyi sayılan və öz
hüquqları uğrunda düşüncəsi, fikri, sözü,
həmrəyliyi ilə mübarizəyə qalxmış bir
xalq 1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə öz zəhmli ordusunun
tankları, işıq saçan zəhərli güllələri,
xüsusi təyinatlı hərbi dəstələri,
pozuculuq-təxribat işlərini təşkil edən
çevik qrupları ilə üzləşdi...
Bakıda fövqəladə vəziyyət tətbiq
edilməsinə baxmayaraq, yanvarın 22-
də Azərbaycan xalqı şəhidləri ilə
vidalaşdı. Paytaxt matəm libası
geyinmişdi. Respublikada 3 gün matəm
elan olunmuşdu. Azərbaycanın bütün
rayonlarında və Bakıda izdihamlı
matəm mitinqləri keçirildi. Bakıda
keçirilən matəm mərasimində bir
milyondan çox insan iştirak edirdi. Bu,
Azərbaycan xalqının azadlıq səsi, haqq,
ədalət, demokratiya və müstəqillik
uğrunda mübarizə əzmi idi.
20 Yanvar faciəsi törədilən zaman
Azərbaycan xalqı ağır iflic vəziyyətinə
və informasiya blokadasına salınmışdı,
radio, televiziya susdurulmuş, onun
enerji bloku silahlı hərbiçilər tərəfindən
vəhşicəsinə partladılmış, mətbuatın
nəşrinə qadağa qoyulmuşdu.
Azərbaycan sakit və ölü bir dənizə
bənzəyirdi. Xalq ağır və dəhşətli
faciədən xəbərsiz idi. Görünməmiş
qəddarlıqla keçirilən cəza tədbirləri
nəticəsində heç bir günahı olmayan 133
dinc sakin öldürüldü, 744 nəfər
yaralandı, 841 nəfər qanunsuz həbs
olundu. Həlak olanların arasında
qadınlar, uşaqlar və qocalar olmuşdur.
Bu hadisə sovet rejiminin törətdiyi ən
qanlı faciələrdən biri və dinc əhaliyə
qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi
idi. Xalqın bu ağır günlərində, yanvarın
21-də Heydər Əliyev Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə
gələrək, təşkil olunmuş yığıncaqda
çıxış edərə, xalqla birgə olduğunu
bildirdi, 20 Yanvar faciəsinə siyasi
qiymət verdi, onun hüquqa,
demokratiyaya, humanizmə zidd
olduğunu, mərkəzin və o zamankı
respublika rəhbərlərinin günahı
üzündən yol verilmiş kobud siyasi səhv
olduğunu göstərdi. Bu tarixi çıxışın
mətni dünyaya, respublikaya geniş
yayıldı. Xalqın qəlbində ümid çırağı
yandı.
1993-cü ildə ulu öndər Heydər Əliyevin
yenidən siyasi hakimiyyətə qayıdışından
sonra 20 Yanvar faciəsinin baş
verməsinin səbəblərinin araşdırılması
və onu törədənlərin məsuliyyətə cəlb
olunması məsələsi istiqamətində
mühüm addımlar atıldı. 20 Yanvar
faciəsinin xalqımızın tarixində yeri və
rolu, bu faciənin əbədiləşdirilməsi və
bütün dünya ictimaiyyətinə çatdırılması
yönündə mühüm işlər görülmüşdür.
Ümummilli liderin 1994-cü il yanvarın
5-də 20 Yanvar faciəsinin 4-cü
ildönümünün keçirilməsi ilə bağlı
verdiyi Fərmanda Azərbaycan
Respublikasının Milli Məclisinə faciəyə
tam və əsaslandırılmış siyasi-hüquqi
qiymət verilməsi tövsiyə olundu. Milli
Məclis 1994-cü il martın 29-da 1990-cı
il yanvarın 20-də Bakıda törədilmiş
faciəli hadisələr haqqında qərar qəbul
etdi. Bununla da Prezident Heydər
Əliyevin təşəbbüsü və təkidi nəticəsində
20 Yanvar faciəsinə dövlət
səviyyəsində hüquqi-siyasi qiymət
verildi.
Bakı şəhərinin ən hündür yerində
yerləşən Şəhidlər Xiyabanında
Azərbaycanın azadlığı uğrunda
mübarizədə şəhid olanların xatirəsinə
ucaldılmış möhtəşəm “Əbədi məşəl”
abidə-kompleksi də ümummilli lider
Heydər Əliyevin təşəbbüsü ilə
tikilmişdir. Azərbaycan Prezidentinin
2000-ci il, yanvarın 17-də imzaladığı
Fərmanla 1990-cı il 20 Yanvar faciəsi
zamanı şəhid olanlara “20 Yanvar
Şəhidi” fəxri adı verilmişdir.
Bu gün Azərbaycan xalqı azadlıq
uğrunda canlarını qurban edən
şəhidlərimizin və cəsur Vətən
övladlarının qəhrəmanlıq mübarizəsini
çox böyük hörmət və ehtiramla əziz
tutur, onların igidliyini yüksək
qiymətləndirir. Şəhidlərimizin qanı
bahasına qazanılan müstəqilliyimizi
qanımızla və canımızla qorumalı,
ümummilli liderimiz Heydər Əliyevin
dediyi kimi, onu daimi, əbədi və dönməz
etməliyik
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев