-Bəli, eşidirəm.
-Cənab həkim, ağır xəstə var, özünüzü
çatdırın.
"Gəlirəm" –deyib həkim tələsik yola
düşdü.
Həkimi xəstəxanada ağır xəstənin atası
qınaqla
qarşıladı:
-Mənim oğlum ölüm ayağındadır, nə
üçün
gecikirsiniz?! Öz
oğlunuz olsaydı belə edərdinizmi?!
Cərrah dedi:
-Mənə xəbər çatan kimi tələsik
gəlmişəm. Bir
də unutmayın ki, həyat və ölüm Allahın
əlindədir.
Cərrah əməliyyat otağına daxil oldu.
Əməliyyat iki
saat çəkdi.
Cərrah otaqdan çıxıb dəhlizdəki atanın
yanından
sakitcə ötüb keçdi. Ardınca köməkçi
həkim çıxdı.
Ataya "oğlunuz yaşayacaq” – dedi. Ata
bir an sevindi. Sonra
yenə qəzəblənib dedi:
-Cərrah pis adamdır. Nə olardı çıxanda
mənə xoş
xəbər verəydi?!
Köməkçi həkim cavab verdi:
-Cərrahın oğlu avtomobil qəzasında
dünyasını dəyişib. Biz
hekimi dəfn mərasimindən çağırdıq. O
gözəl
insandır. Oğlunun dəfn mərasimi başa
çatmamış
sizin oğlunuzu xilas etmək üçün
xəstəxanaya
gəldi...
» Həyatda heç zaman önyarqılı olmayın...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев