Qiyamət günü zəlzələ zamanı
dağılmayacaq yeganə məkan
məsciddir. Allah tərəfindən
peyğəmbərlərə 104 kitab
nazil olmuşdur. 50 səhifə
Şeysə (ə), 30 səhifə İdrisə (ə),
20 səhifə İbrahim
peyğəmbərə (ə), Davuda (ə)
Zəbur, Musaya (ə) Tövrat,
İsaya (ə) İncil, Məhəmmədə
(s) Quran nazil olmuşdur.
Cənnətin qapıçısının adı
Rizvandır. Cəhənnəmin
qapıçısının adı Malikdir.
Cənnətin səkkiz qapısı var.
Cəhənnəmin yeddi qapısı və
yeddi təbəqəsi var. Şeytan
dörd dəfə - ona lənət olunan,
yer üzərinə atılan,
Məhəmməd peyğəmbərliyə
(s) seçilən və "Fatihə" surəsi
nazil olan gün fəryad
etmişdir. Adəm və Həvva
fəqət səkkiz saat cənnətdə
olmuşlar. Allahın adının min
dəfə zikr olunduğu dua,
"Cövşən-Kəbir" duasıdır.
Yerin və göyün yaradılması
altı gün çəkdi. Hər bir gün isə
əlli min ilə bərabər idi.
Mömin kişilər 33 yaşlı
cənnətə daxil olacaqlar.
Mömin xanımlar 16 yaşlı
cənnətə daxil olacaqlar. Qırx
il Quran ayələri ilə söhbət
edən xanım, həzrət
Fatimənin (s) kənizi Fizzə idi.
Namazı ilk vaxtda qılan
şəxslərə Əzrayıl (ə) özü "La
ilahə illəllah"ı təlqin edəcək
və şeytanı onlardan
uzaqlaşdıracaqdır. Min aydan
üstün olan gecə "Qədr"
gecəsidir. Məhəmməd
peyğəmbərin (s)
buyurduğuna görə: "Cənnət
dörd nəfərin intizarındadır";
onlar həzrət Əli (ə), Əbuzər
Qifari, Salman Farsi və
Miqdaddır. Əməlləri əməl
dəftərinə qeyd edən iki
mələk "Ətid" və "Rəqib"
adlanır. Namazın ən üstün
hissəsi, uzun- uzadı qünut
tutmaqdır. Əzrayıl (ə) gündə
beş dəfə insanların üzünə
baxır. Qiyamətin bir günü əlli
min ilə bərabərdir. Həzrət
Əlinin (ə) atasının adı
İmrandır. Yer üzündə həzrət
Məhəmmədə (s) bağışlanılan
xəzinə "Ayət əl- kürsi"dir.
("Bəqərə", 255-257) İnsana
verilən ən üstün nemət
ağıldır. "Aşura"
ziyarətnaməsi İmam
Baqirdən (ə) nəql
olunmuşdur.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев