Предыдущая публикация
Hüsnünə nə qədər şeir yazılıb,
Deyərdim bu sənə azdır, Gədəbəy.
Qışda gəlin kimi ağ tül geyəndə,
Sanıram qoynunda yazdır, Gədəbəy.
Qocası nurani, nağıllar deyər,
Cavanı düşmənin qəddini əyər.
Körpə uşağı da musiqi sevər,
Məşəldi, sönməyən közdü, Gədəbəy.
Seyr etsən bağların göy libasını,
Udsan cənnət kimi ab-havasını.
Dinləsən aşığın telli sazını,
Nəğmədi, mahnıdı, sözdü, Gədəbəy.
İstər milyon dəfə çəkin sınağa,
Vəfalı mehmandır gələn qonağa.
Minarə düşməsə duman sazağa,
Onun üçün görən gözdü, Gədəbəy..
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев