Предыдущая публикация
Yanıb qovruluram külün içində.
Ha yana getsən də, ürəyimdəsən,
Ətir də gizlənir gülün içində.
Mənim yaxşım da sən, yamanım da sən,
Ümidim, təsəllim, gümanım da sən.
Xəstə bir aşiqəm, loğmanım da sən,
Qıyma, köz köz olub gülün içində.
Bir söylə yanında yerin boşdumu,
Saxta ovutmalar sənə xoşdumu,
Mənə gülən gözlər indi yaşdımı,
Kipriyin batıbmı selin içində?!
O səsin, gülüşün qulağımdadı,
Yanağın istisi dodağımdadı,
Könlüm vusalının sorağındadı,
Yüz il qocalmışam ilin içində
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев