Ədliyyə Nazirliyinin Penitensiar xidmət
əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-
baxış tədbirləri nəticəsində 3 saylı İstintaq
təcridxanasına mobil telefon keçirilməsinin qarşısı
alınıb.
Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr
şöbəsindən Bizimyol.info-ya verilən məlumata
görə, orada saxlanılan, Cinayət Məcəlləsinin 180.1
maddəsinə əsasən həbs edilmiş şəxs Həsənbala
Sərdar oğlu Tahirovun yanına qısamüddətli görüşə
gəlmiş dostu Cavad Raqib oğlu Cavad-zadənin
üzərinə və gətirdiyi sovqata baxış keçirilib.
Bu zaman sovqatda olan “ARKO MEN” üzqırxan
gelin içərisində xüsusi üsulla gizlədilmiş, daxilində
“Cin” danışıq kartı olan 1 ədəd “Samsung” markalı
mobil telefon aparatı, 1 ədəd “Nar” danışıq kartı
və 1 ədəd elektrik qidalandırıcısı aşkar edilərək
götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев