hökumətə qarşı çıxan ruspərəst üsyançılarla
danışıqlar təxirə salına bilər.
Rəsmi Kiyevlə özlərini Donetsk Xalq Respublikası
elan edən qurum təmsilçiləri arasında atəşkəsə
dair görüşlər bu günə planlaşdırılmışdı. Lakin
təmas qrupu növbəti dəfə görüşlərin vaxtını
uzatmağa çalışıb. Donbas üsyançıları görüş
vaxtını dekabrın 12-sinə keçirilməsini istəyib.
Ukrayna prezidenti Pyotr Poroşenko danışıqlar
ərəfəsində Xarkovda hərbi hissəyə səfər edib.
"Biz Minskdə əldə olunan razılaşmaya əsasən, ilk
olaraq atəşin dayandırılmasını gözləyirik. Sükut
günündən bir gün sonra münaqişə xəttindən ağır
hərbi texnikanı 15 kilometrlik məsafəyədək
kənarlaşdırmaq olar", deyə Poroşenko bildirib.
Ukrayna hökuməti Rusiyaya qarşı təzyiq vasitəsi
ilə Donbas regionunda nəzarəti bərpa etməyi
planlaşdırır. Təmas qrupunun isə Minsk
görüşündə əsas gözləntisi regiona xüsusi status
verilməsi və iqtisadi blokadanın aradan
qaldırılması olacaq.
Hazırda Ukrayna hökuməti Donetskdən kömür
alış-verişini dayandırıb. İdxalın bərpa edilməsi
Ukrayna hökuməti ilə qondarma Donetsk Xalq
Respublikası arasında ilk rəsmi əlaqələrin
başlanğıcı ola bilər. (anspress)
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев