hücumda şübhəli bilinən 43 yaşlı azərbaycanlını
saxlayıb.
Həmyerlimiz 27 yaşlı ermənini döydükdən sonra
onun 20 min rubl pulunu, mobil telefonunu və
travmatik tapançasını götürüb.
Hadisə 2014-cü ilin noyabrın ortalarında
Voronejdə "Don" M4 yolunda baş verib.
Məlumatda bildirilir ki, mikroavtobus sürücüsü
istirahət üçün yolda dayanıb. Ona naməlum şəxs
yaxınlaşaraq pul tələb edib və pulun koloniyada
cəza çəkənlərə göndərəcəyini bildirib. Rədd
cavabı aldıqda, o sürücünü soyub.
Polislər soyğun faktı üzrə cinayət işi qaldırıb.
Tezliklə qanun qoruyucuları Novousmanski
rayonunda şübhəli şəxsi saxlayıblar. O, indiyə
kimi sağlamlığa ağır ziyan vurulma, mülki
cinayətlər və narkotiklərin satışı üzrə mühakimə
edilib. Azərbaycanlı 2004-cü ildən Voronejdə
yaşayır. Bir müddət əvvəl həbs edilən şəxsin adı
hələ açıqlanmır. (anspress)
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев