6 mayda sifarişlə 7 il həbs cəzası verdirdiyi N!DA-çı Bəxtiyar Quliyevə əfv ərizəsi yazdırdı. Zatən, İlham Əliyev hakimiyyətdə olduğu müddətdə torpaqlarımızı işğal edən düşmən üzərində yox, şərləyib həbs etdirdiyi gənclər üzərində qələbə çalmağı daha vacib hesab edib, yəni daxili siyasətinin əsas prioritetlərindən biri bu olub. Astma xəstəsi Daşqın Məlikovu atasının məzarına baş əydirən də, gözdən əlil Elnur İsrafilovu YAP-a ərizə yazdıran da İlham Əliyev olub. Onun malik olduğu zehniyyət belədir. Bu, zəiflərin silahıdır. Güclülər isə mübarizəni davam etdirərək, İlham Əliyevi daşqınməlikovların, elnurisrafilovların, bəxtiyarquliyevlərin əfv ərizələrinə möhtac qoyan və əzmlə demokratiya savaşı verən insanlardır...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев