Getmə YAP-çı balası, mən də sənə sayə gəlim
Damənindən yapışım mən də bütxanayə gəlim
Ya sən də mənim kimi müxalif ol, mövqemə gəl
Ya ki təlim eylə mən məzhəbi-Babayə gəlim
Tələb etdin YAP-a keç-mən biçarə, mən qaragün
Cürətim olmadı ki başqa təmənnaya gəlim
Mən Bandoddeldə də baş yastığa qoysam səninlə
Istəməm ki ayılıb cənnəti məvaya gəlim
Ana qarnında əgər bilsəydim YAP-çı sevəcəm
Istəməzdim onda kim dönüm bu dünyaya gəlim
Bu gülüstan Vətəni döndərib səhra elədiz
Məcburam Məcnun olub eşqinlə səhraya gəlim
Yox sənəm, razıyam Şeyx Sənantək donquz otarım
Nəinki YAP-çı olub sizin xarabaya gəlim
Bəxtiyar ruhlanıbdi indi ərəb baharından
Qorx ki mitinq eləyim sizinlə davaya gəlim
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев