Bir gün qaranlıq
gecə səni darıxdırsa ,işıq istəsən
gözümün işığını istə, verərəm!
Mən ki, sənsiz heç nə görmürəm.
Bəlkə kor olduğumu ondan sonra
biləm. Xatirələr olar əl ağacım,
əgər istəsən... Yalqızlıq bir gün
səni üşütsə, qorxma, ürəyimi istə.
Verərəm ürəyimi oduyla, atəşiylə.
Soyuyaram, payız yarpağı kimi
quruyaram, ümidsiz-ümidsiz
əsərəm. Bəlkə onda yalqızlığımla
barışam.... Bir gün sakit
həyatından yorulub sevinc, gülüş
istəsən-dayanmaram, yanına
uçaram qanadlı quş kimi.
Dodaqlarına tapşıraram bir
ömrümün şəlalə sevincini. Sonra
sakit axan çay kimi susaram.
Kədər külək kimi qanadlarımı
sındırsa da nə qəm, sən ki
sevincimlə qəm bilmirsən. Bu
mənə bəsdir... Məhəbbət
bağçasında bülbülü eşitmək
istəsən, tələsmə. Ürəyimdə
məhəbbətimin yanıqlı laylası var.
Dodaqlarımda həzin-həzin səsi
var. Bülbül eşitsə ağlayar. Sənə
bağişlayaram məhəbbətimin
səsini. Bəlkə onda lal ollam,
kədərli mahnılar oxumağı
unudaram... Bir gün insafa gəlsən
məndən xatirə istə.Sənsiz keçən
günlərimi kitab kimi vərəqləsən
halıma yanarsan.Bir gün öz ədalət
taxtına çıxıb məni həqiqət kimi
çağırarsan.Bir insaflı günündə
məni həyata qaytararsan,
qüdrətinə inandırarsan, əgər
istəsən... Məndən həyatımı istə,
sənindir. Yol ayrıcında tələsib
dəsmal istəmə, onsuz da nəmdir.
Mənə ölüm dilə ,ayrılmaq demə...
Bir gün mənsiz qalacaqsan.Sənsiz
qalacağam deməyə gəlmir dilim
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев