Qollarında atasının qoyduğu şramları heç kim görməsin deyə..
O cırıq şalvar geyinən qızı bəs necə, görürsən? Neçə gündür ki, ailəsi yeməyə çörək tapmır, o ki qaldı geyim ala bilsinlər..Sən isə bunu dəb sayırsan..
Bir o qıza bax..O edilən hər bir zarafata gülür, amma sən nə biləsən ki, o hər gecə valideynsiz olduğuna görə göz yaşı tökür..
Hələ bu qız...a bir bax..Bax bax, yaxşı bax..Bilirsən niyə hələ də o bir rəfiqəsini belə evlərinə qonaq çağırmayıb?? Anasını döyən alkaş atasını heç kim görməsin deyə..
Sinifdə gizlincə ev tapşırığını edən o şagirdə bax..Gecə dostu intihar etməsin deyə, səhərəcən onunla danışıb..Sən isə elə düşünürsən ki, savadsız, tənbəlin biridi..
Bu həyatda heç kimi tanımadan mühakimə etməyin..Kim bilir kimin içində nədir? Kim nələr çəkir? Hər bir insanın özünə görə bir tarixçəsi var, unutmayın..
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев