başayam özümlə, yenə səni tapıb
itirdiyim yerdəyəm.
İnsanın bir şeylərə qərar verməsi
nə qədər çətin; ya səni içimə
basdırmalı ya da artıq içimdən
söküb atmalıyam. Amma hər nə
olursa olsun susmalıyam. Hansı
daha çətin, hansı daha acı?
Həqiqətən getməlimiydin, yoxsa
qalıb yanımda döyüşməlimi?... Bir
yol axtarıram özümə, tapdığım
bütün yollarsa sənə çıxır.
Bağlanmalı artıq gözlərəm. Sonsuz
bir qaranlıqda tək başıma getməyə
davam
etməliyəm... Getməliyəm ardıma
belə baxmadan, getməliyəm
parçalayaraq
dəyərləri və sevgiləri, yox edərək
yaşadığım bütün zamanları...
Necə də mərhəmətsiz zaman?!
Necə də ucaltmışdım səni
gözümdə. Tutub öz
əllərimlə qoymuşdum ən yüksəyə,
sonra keflə izləmişdim ucalığını.
Amma yenə mən bitirməliyəm.
Tutub qollarından endirməliyəm
olduğun yerdən. Ya da səni ölənə
qədər yaşatmalıyam içimdə... Nə
qədər çətin bir qərar..
Bir tərəfim: "Bir daha kimsə, heç
kim onun qədər çox
sevilməyəcək", deyərkən, bir
tərəfim sakit, səssiz...
Zaman keçir, ağrım dayanmır.
Bağlanmır yaralarım.. Tükənərkən
mən, ağlımda bir tək sən.
Görürsənmü, yenə danışıram
amma səssizcə. Susmağı öyrənir
ürəyim..
Amma mən qərarımı verdim...
Səninlə olduğum zamanları
düşünmək belə mənə
xoşbəxtliklərin ən böyüyünü
yaşadır..
Səni Sevirəm və Ölənə Qədər
Sevəcəyəm..
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев