Предыдущая публикация
Dünyaya gəlməyə hazırlaşan bir çağa hələ anasının
bətnində ikən Tanrıdan soruşdu:
- Mən işıqlı dünyaya niyə gedəcəyimi bilmirəm.
Orada nə ilə məşğul olacağam?
Tanrıdan cavab gəldi:
- Mən sənə bir mələk də qoşacam. O, nəyi və necə
edəcəyini sənə başa salar.
- Ancaq mən onun dilini bilmirəm, axı! Onun nə
dediyini necə anlayacağam?
- O mələk sənə dil də öyrədəcək və səni hər cür
qadadan-bəladan qoruyacaq.
- Bəs mənim fani dünyadakı işlərim nə vaxt
bitəcək? Haçan təkrar sənin yanına dönəcəyəm?
- Yanındakı mələk sənə bunu da deyəcək.
- Bəs mənim o mələyimin adı nədir?
- Onun fani dünyada cürbəcür adları ola bilər.
Ancaq sən ona "ANA" deyəcəksən.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев