Yanğın başlayarkən 4 nəfərlik ailə yuxuda olduğundan hadisədən xəbər tutmayıb. Qonşunun yanğını görməsi nəticəsində evin sakinləri, o cümlədən iki azyaşlı körpə faciədən qurtula bilib. Hadisə yerinə dərhal FHN-nin Lənkəran Rayon Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Təxminən bir saat ərzində yanğın tamamilə lokallaşdırılaraq, alovun qonşu tikililərə keçməsinin qarşısı alınıb. Bununla belə, ümumi sahəsi 85 kvadratmetr olan 4 otaqlı ev yanğın nəticəsində yaşayış üçün yararsız hala düşüb.
İlkin ehtimallara görə, yanğın elektrik naqillərindəki qısaqapanma səbəbindən baş verib. Hadisənin dəqiq səbəbi mütəxəssislərin araşdırmalarından sonra müəyyənləşəcək.
#новости
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев