1877-ci ildə Lənkəranda 17 dərzi, 22 papaqçı, 9 çəkməçi, 13 dəmirçi, 3 sərrac, 25 çilingər, 26 kənd təsərrüfatı və məişət alətləri hazırlayan, 2 misgər , 5 bənna fəaliyyət göstərirdi. XIX əsrin 80ⓣci illərindən e♴tibarən şəhərin iqtisadiyyatında balıqçılıq və meşə materialları istehsalı daha çox sənaye xarakteri alırdı.Kənd təsərrüfatı məşğuliyyətləri içərisində çəltikçilik üstünlük təşkil eidrdi. Bununla yanaşı taxılçılq da inkişaf etməkdə idi. XIX-XX əsrlərin qovşağında qala meydanı ərazisinin mənimsənilməsi sayəsində cənub və şimal bayır şəhərləri müəyyən qədər bütov olub, müxtəlif planlaşma quruluşu olan dörd tarixi bölgü yaranır. Bunlar Qala, Böyük bazar, Kiçik Bazar . Sütəmurdov idi. Qala indiki B.Abbasov ⓍMirMustafa xan küçələri və Lənkəran çayı sahili küçələri sərhəddində yerləşmişdi. Böyük bazar indiki B.Abbasov küçəsi və cənub-qərbdən Lənkəran çayının sahili(qalayçılar) məhəlləsi ilə hüdudlanırdı. Böyük bazar öz növbəsində peşəsinə görə bir neçə kiçik məhəllədən ibarətdi: Çarıqçılar, Əhəngçilər, Tacirlər, Ağalar, Təndirçilər və s. Kiçik bazar dəniz sahili boyu indiki Tofiq Ismayılov və Səttərxan küçələri arasında yerləşirdi. Bura qala meydanı və ona bitişik sərbəst planlı kvartalların şimal bayır şəjhəri daxil idi.Burada aşağıdakı məhəllələr var idi: Daş Körpü, Kərəcivanlar, Ipəkçilər və Forştat (almanca şəhərdən kənar deməkdir).
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев