Bu yerlərdə aparılan arxeoloji qazıntılar zamanı əldə edilən maddi-mədəniyyət abidələri tunc dövrünə , yə'ni e.ə. III-II minilliklərə aiddir. Azərbaycan ərazisində dövlətlər əmələ gəldiyi zaman Talış kiçik Midiya və yaxud Atropaten dövlətinin tərkibində idi. Orta əsrlərdə Lənkəranın ən parlaq tarixi onun ərəb istilaçılarına qarşı apardığı qəhrəmanlıq mübarizəsi ilə əlaqədrdır. Lənkəranda olan Bəz(d)z qalası Babək hərəkatının bu yerlərdə də geniş vüsət almasını göstə rir.Bu qala Xürrəmilərin əsas dayaq məntəqələrindən olmuşdur. Qalada tapılmış yerüstü materiallar 833-cü ildə Həmədan yaxınlığında məğlub edildikdən sonra Bizansa gedən Xürrəmi üsyançılarının sağ qalanlarının təzədən vətənə-Bəlləbura, Babəkin yanına qayıtmasına əsas verir. Sonralar Lənkəran da bütün Azərbaycan kimi, səlcuqlar, Hülakilər və Teymurilərin hakimiyyəti altında olmuşdur. Həmdullah Qəzvininin verdiyi mə♬lumata görə, XV əsrin 60- cı illərində Lənkəran(talış) əyaləti Azərbaycan Ağqoyunlu dövlətinin əyalətlərindən biri idi. XVI əsrin əvvəllərində Azərbaycan tarixində çox əhəmiyyətli bir hadisə baş verdi. Görkəmli siyasi xadim Şah Ismayıl Səfəvi dövlətini yaratdı. Lənkəran bu dövləti təşkil edən ərazilərdən biri idi. Lənkəran feodalları şahı həmişə müdafiə edirdilər, məhz bu da onların Səfəvi sarayında yüksək nüfüz sahibi olmasına səbəb olmuşdu. Əyaləti həmin dövrdə şahın təsdiq etdiyi yerli hakimlər idarə edirdilər. Səfəvilər dövlətinin mövcüd olduğu dövrdə Lənkəran Azərbaycanın digər vilayətləri kimi həm iqtisadiyyat, həm də mədəniyyət sahəsində yüksək inkişaf dövrü keçmişdi. Lakin mərkəzdən uzaq yerləşdiyi üçün sonrakı dövrlərdə şah höküməti Lənkəranı Gilan vilayətinin tərkibinə daxil etdi. XVIII əsrin 20-ci illərində Azərbaycanın Xəzərsahili vilayətləri , o cümlədən Lənkəranı da Rusiya işğalına məruz qaldı. 1726 -cı ildə çarizm müdafiə məqsədilə burada hərbi istehkam tikdirdi.Lakin ruslar burada çox qala bilmədilər. Rəşt müqaviləsinə görə Lənkəran yenidən Nadir şahın hakimiyyəti altına keçdi.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев