Bu ad Almaniyanın Hamburg səfarətxanasında saxlanılan hesabatlarda da vardır. Belə ki, bu söz 1603-cü ildə adı çəkilən, o dövrdə Lənkərandan bir az aralı yerləşən almanca yazılmış Lankon sözüdür. Indiki Lənkəranın böyüdükcə həmin kənd şəhərə qarışmış və adı Lənkəranla eyniləşmişdir. O dövrdə, hətta XX əsrin əvvələrinə kimi buradaki evlərin üstü, çəpəri, bəzən divarları da qamışdan olduğu üçün qamış evlər adlanmışdır. Bütün bunlar göstərir ki, Lənkəranın tarixi çox qədimdir. Onun bir kilometrliyində Digah kəndində aşkar olunan Divə - lona qəbirstanlığının e. ə. daha qədim əsrə aid edilməsi buna sübutdur. Bundan əlavə 1869-cu ildə Səid Əli ibn Kazım Bəy tərəfindən qələmə alınmış "Cavahirnameyi - Lənkəran" kitabında vaxtilə IX əsrdə Lənkəranın Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir. XVI əsr Ingiltərə Moskva ticarət kompaniyasının müvəkkili Çepmen öz səyahəti zamanı Layqon şəhərində olmasını bildirir. Alman imperatoru Rudolf Habsburqun I şah Abbasa göndərdiyi səfir Stefan Kakaş və onun katibi Tektanderin Almaniya səftərxanasında saxlanılan hesabatında Lənkəranın və ondan bir az aralı olan Lankon kəndinin adı çəkilir. XVII əsr alman alimi Adam Oleari isə bu şəhəri lənkərkunan adlandırmışdır. 27 sentyabr 1614-cü ildə rus səyyahı və diplomatı Brexov hesabatında I Şah Abbasla Qızılağacdan Lyanqarana gəldiyini göstərir. 1638-ci idə rus səyyahı və diplomatı A.Suxanov, 1670-ci ildə Hollandiya dənizçisi Yan Streis müxtəlif müzeylərə və səfirlikələrə verdikləri hesabatlarda, habelə gündəliklərində Lənkəranın adını dönə-dönə çəkmişlər. Məşhur Azərbaycan səyyahı Hacı Zeynalabdin Şirvani Iraqdan Lənkərkünana gəldiyini göstərir. Lənkəran şəhərinin inşası tarixi hələlik dəqiq müəyyənləşdirilməmişdir. Bu da burada kifayət qədər arxeoloji qazıntıların aparılmaması ilə əlaqədardır. Lənkəran şəhərinin adına ilk dəfə biz səyyah Larens Çepmenin xatirələrində rast gəlirik. Onun xatirələrindən məlum olur ki, səyyah Lənkəranda 1568-69 cu illərdə olmuşdur. Lakin bu illəri Lənkəran şəhərinin salınma tarixi kimi gəbul etmək düzgün deyil.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев