Müsavat Partiyası tarixin sınaqlarından şərəflə çıxmış ən’ənələrinə söykənərək ideologiyasının təməl prinsiplərini bəyan edir:
- Hürriyyətçilik - insan haqlarının və azadlıqlarının toxunulmazlığı, plüralizmin və qanunun aliliyinin, tə’minatıdır;
- İstiqlalçılıq - Azərbaycanın dövlət müstəqilliyinin qorunması, möhkəmlənməsi və dönməzliyidir;
- Millətçilik - millətə sevgi, millət yolunda fədakarlığa hazır olmaq və millətin özünüidarəyə qadir olmasına inamdır;
Azərbaycançılıq - müstəqilliyə, unitarlığa və bütövlüyə əsaslanan, hürriyyət və istiqlal idealına sadiq Azərbaycan vətənsevərliyidir;
- Dövlətçilik - dünya dövlətləri birliyində öz yeri, öz səsi olan demokratik, bütöv və müstəqil, ərazisinin bölünməzliyini və vətəndaşının təhlükəsizliyini tə’min etməyə qadir millət iradəsini təmsil edən cumhuriyyətçilikdir;
- Ləyaqətçilik - özünün və hər bir insanın ləyaqətinə hörmətdir, vətəndaşlıq mövqeyi, təşəbbüskarlıq və məs’uliyyətdir;
- Təsanüdçülük - bütün milləti düşünmək, onun maddi və mə’nəvi birliyini, rifah və səadətini yaratmaqdır, sosial ədalətdir, milli həmrə’ylikdir, milli birlikdir;
- Türkçülük - milli özünüdərketmədir, türk xalqları və dövlətlərinin hərtərəfli yaxınlaşması və əməkdaşlığının təməlidir;
- İslamçılıq - milli mə’nəviyyatın sütunlarından biri kimi cəmiyyətdə dinimizin öz yerini tapmasıdır, bizi İslam dünyası ilə bağlayan ən önəmli körpüdür;
- Müasirlik - gəlişmiş siyasi, iqtisadi və sosial sistemləri mənimsəmək, ona yiyələnmək və yüksəltməkdir, dünyanın aparıcı ölkələri ilə çoxyönlü ilişgilərimizin açarıdır.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1