Предыдущая публикация
Yaraşmadi gözlərinə yaş gülüm.
Tutdu bizi bu sevginin qarğişi,
Sevə-sevə ayrilmazdiq kaş gülüm...
Yenə görüş yerimizə gəlirik,
Ayri-ayri, yavaş-yavaş ölürük.
Bu peşmanliq fayda etməz, bilirik.
Nə söyləsək, nə danişsaq boş gülüm.
Sevə-sevə ayrilmazdiq kaş gülüm...
Söndü daha, yanmaz birdə bu ocag.
Yaşayaciq qəlbimizdə neçə dag,
Qoy başini sinəm üstə ağlaşag.
Dəniz kimi çağla gülüm, coş gülüm.
Sevə-sevə ayrilmazdiq kaş gülüm...
Həyat bizə verdi dərdi-qubari,
Qişa döndü ömrümüzün bahari,
Getdi daha bu sevginin qatari.
İndi basaq qəlbimizə daş gülüm.
Sevə-sevə ayrilmazdiq kaş gülüm...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев