a.s) barədə müjdə verir və Tövratın "Təsniyə" (rusca "Vtorozakonie") kitabının 18-ci fəslində bu haqqda qeyd edilir. Allah buyurur: «Mən onlara (İsrail övladlarına) qardaşları arasından sənə (yəni Musaya) bənzər bir peyğəmbər təyin edəcəyəm; mən öz sözlərimi onun dili ilə deyəcəyəm; o yalnız mənim ona əmr etdiyim sözləri onlara deyəcək» («Təsniyə» kitabı, 18-ci fəsil, 18-ci cümlə).
Bibliya şərhçiləri bunu İsa Məsih (ə) olduğunu qeyd edirlər. Yaxşı nə deyək. O zaman biz də öz subutlarmızı deyək.
Məlumdur ki, Hz. Məhəmmədin mənsub olduğu ərəb milləti İbrahim və onun oğlu İsmailin nəslindən törəyib. Bəni-İsrail isə İbrahimin digər oğlu İshaqın oğlu Yəqubun nəslindən ibarətdirlər. Demək, ərəblər və Bəni-İsrail mənşə etibarilə iki qardaşın törəmələri sayılırlar. Allah Həzrət Musaya (ə) xəbər verir ki, Bəni-İsrail üçün onların qardaşları arasından bir peyğəmbər seçəcək. Deməli, bu peyğəmbər ərəblərdən olmalıdır. Özü də elə bir peyğəmbər olmalıdır ki, missiyası yalnız bir milləti deyil, bir çox millətləri əhatə etməli və bəni-İsrail də ona tabe olmalıdır.
İndi siz deyin görüm bunlar Məsih İsa (ə)-ın yoxsa Hz. Məhəmmədin (s) xüsusiyyətləridir? Yalnız insaf naminə söyləyin.
Tövratdakı- «Mən öz sözdərimi onun dili ilə deyəcəyəm; o yalnız mənim ona əmr etdiyim sözləri onlara deyəcək», - cümlələri Qurani-kərimin məşhur bir ayəsinin eynisidir. Quranın «Nəcm» surəsinin 3-4-cü ayələrində Allah-təala Həzrət Məhəmməd peyğəmbərin (s) barəsində buyurur: «O, heç vaxt öz həvavü-həvəsi ilə söz deməz. Onun dediyi yalnız vəhydir».
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев