Предыдущая публикация
Axır ki, üz burub, “əlvida” dedin,
Üzdün sən tel qədər gümanımı da.
Dönüb heç baxmadın geriyə, getdin,
Apardın özünlə öz canımı da.
Tərk etdi təbəssüm dodaqlarımı,
Tərk etmək bilməyir məni bu dərd, qəm,
Yandırır göz yaşı yanaqlarımı,
Quruyub əllərim, silə bilmirəm.
Barı sevdiyinlə xoşbəxtmisən sən?
Yəqin ki, heç yada salmırsan məni.
Bilirəm vaxtıdır, ancaq yenə mən,
Unuda bilmirəm, bilmirəm səni.
Eşqimdən almışdın şəsti, vüqarı,
Məndəki şax qəddi, qüruru əydin.
Ömürlük gedirdin, insafsız, barı,
Unutmaq öyrədib sonra gedəydin.
XI-1984.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1
Cox xosladiqim sheirin idi.