Предыдущая публикация
Dərdlərimi, sərlərimi unutduran,
Məni mənlə ovutduran,
Axşamları kölgəm kimi, təqib
edən izlərimi,
gözlərimi, sözlərimi;
Bir nöqtədən ayırmağa gücü yetə,
canımda bir tərpənişi işıldada,
bir meh kimi əsə – ötə.
Bir təbəssüm axtarıram...
Şikayəti heç olmayan,
Qəhərlənsə də dolmayan,
Sipər edən sinəsini bəd duaya,
bəd əmələ.
Bardaş qura bir çömələ;
Əllərimdən yapışaraq qaldırmağa
gücü yetə
büdrəsə də, cizgisində hər şey itə.
Bir təbəssüm axtarıram...

Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев