Tarixin var qoca , ulu,
Keçmişlərin sirlə dolu,
Ellər burdan salıb yolu,
Baş keçidsən , Başkeçidim!
Bir ümidsən , Başkeçidim!
Nə gözəldir təbiətin,
Qonaq sevər el adətin,
Çox zəngindir şeriyyətin,
Aşıq , ozan , Başkeçidim!
Tarix yazan , Başkeçidim!
Yayda aran bura köçər,
Çobanlar da yaylaq seçər,
El obalar binə düşər,
Uca dağlı, Başkeçidim!
Bağça - bağlı , Başkeçidim!
Yaylaqların səfalıdır,
Bulaqların şəfalıdır,
Sərvətindən el halıdır,
Bir dastansan , Başkeçidim!
Gülüstansan , Başkeçidim!
Dağlarıyın öz aləmi,
Təbiətin yüz aləmi,
Şairlərin söz aləmi,
Nə qəşəngsən , Başkeçidim!
Gül , çələngsən , Başkeçidim!
Bəzəyindir əlvan çöllər,
Çox ismətli şux gözəllər,
İlqarına sadiq ellər,
Qiymətlisən , Başkeçidim!
Hikmətlisən , Başkeçidim!
Toy düyünlü obaların,
Bər bəhrəli var bağların,
Çox dadlıdır hər nübarın,
Cavahirsən, Başkeçidim!
Lılsən , dürsən , Başkeçidim!
Oğulların qurd ürəkli,
Gözəllərin sədaqətli,
Şan şöhrətli rəşadətli,
Şərəflisən , Başkeçidim!
Qeyrətlisən, Başkeçidim!
Nələr oldu, yox xəbərim,
Orda qalıb xoş illərim,
Çiçəklərim tər güllərim,
Bunu bilsən , Başkeçidim!
Keçmişimsən , Başkeçidim!
Bircə sənsən dərdi səri,
Sevir əzəl gündən bəri,
Qərib Ramiz bu yerləri,
Təbimdəsən ,Başkeçidim!
Qəlbimdəsən , Başkeçidim!
Ramiz Məmmədov 2015
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев