www.genclerpaytaxti.az saytına daxil olmaqla Naxçıvan şəhərini “Gənclər Paytaxtı” seçək.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən “Gənclər paytaxtı 2014”-ün seçimlərinə artıq start verilir. "Paytaxt" internet səsverməsiylə seçiləcək. Qeyd edək ki, bu səsvermədə iştirak etmək üçün Naxçıvan Muxtar Respublikasından Naxçıvan şəhərinin də namizədliyi irəli sürülmüşdür. Yanvarın 23-dən fevralın 1-dək keçiriləcək səsvermə hamı üçün açıq olan www.genclerpaytaxti.az saytı vasitəsi ilə həyata keçirilir. Səsvermədə yaşadığı yerindən, vətəndaşlığından, yaşından, milliyyətindən asılı olmayaraq hər kəs Azərbaycanın Gənclər paytaxtının seçilməsində bərabər hüquqla iştirak edə bilər. Açıq, şəffaf, bərabər olmaqla 3 prinsip əsasında aparılan səsvermə zamanı verilən hər səs dərhal nəzərə alınır və şəhərin reytinqini bir xal artırır. Səsvermə başa çatdıqdan sonra ən çox səs toplamış şəhər (rayon) qalib seçilir. Əgər Naxçıvan şəhərini gənclər paytaxtı görmək istəyiriksə www.genclerpaytaxti.az saytına girib səs vermək lazımdır. Qədim Naxçıvanımızın “Gənclər Paytaxtı” seçilməsi şəhərimizdəki gənclərin təşəbbüslərinin və beynəlxalq əlaqələrin inkişafı üçün növbəti bir təkan olacaq. Həmçinin regionda sosial və iqtisadi fəaliyyət də artacaq. "Gənclər Paytaxtı" 1 il müddətinə seçilir. Bu müddət ərzində həmin şəhər (rayon) gənclərin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edir, onların intellektual və yaradıcılıq potensialının artırılması yeni ideya və layihələrinin həyata keçirilməsinə dəstək verir. Əziz naxçıvanlılar gəlin hamılıqla bu səsvermədə fəal iştirak edək, gündən - günə gözəlləşən və müasirləşən Naxçıvan şəhərini “Gənclər Paytaxtı” seçək. www.genclerpaytaxti.az genclerpaytaxti.az Bu gün Yunanıstanın Saloniki şəhərində keçirilən tədbirdə Gəncəni rayon icra hakimiyyətinin birinci müavini Mikayıl Zeynalov təmsil edib. Nəticələr açıqlanandan sonra Avropa Gənclər Forumunun prezidenti Peter Matjasic çıxış
www.genclerpaytaxti.az saytına daxil olmaqla Naxçıvan şəhərini “Gənclər Paytaxtı” seçək.
...Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев