Bəzilər cavanlarımızı məzhəb yoxdur,Quran,hədis var biz ondan dinimizi öyrənməliyik.Buxari və Müslim hədis kitabları olduqdan sonra onlar elə bulirlər ki,biz özümüz də səhih bildiyimiz hədisə əməl edə bilərik heç məzhəb imamlarını dediklərinə əməl etmədən.Lakin bu fikir çox yalnışdır,Bu gün bizlərə məzhəb imamlarının fətvalarından yayındırıb, onlar istəyirlər ki,özlərini alimlərinin arxasınca gedək.Peyğəmbər və səhabələrinə yaxın olan İmamlarmı çox bilər ,yoxsa onlardan sonra gələn və onların fikirlərindən, özlərinin fikirlərini doğru olduğunu sayanmı?
MƏZHƏB, YOXSA HƏDIS?
Günümüzdə məzhəbləri inkar etməyin ən başlıca səbəbi də ondan ibarətdir ki,insanar düşünürlər ki, cürbəcür şəriət suallarına şəriət fətvalarını vermək üçün hədis və hədis rivayətlərini bilmək kifayətdir.Və yeganə tələb olunan da, hədisin səhih olub-olmamasını bilməkdir.Ona görə də mühəddisi (hədisləri bilən) fakihdən (şəriət qanunlarını çıxara bilən) üstün saymağa başladılar,bu da səhvdir.Misal gətirək əl-hafiz Abu Süleyman əl-Xəttabinin sözlərini: <<Insanlar iki qrupa bölünürlər:hədis admları ,fikh adamları.Və heçbiri digəri olmadan irəliyə gedə bilməzlər.Onlar bir-birindən asılıdırlar >>.(Müəllimu sünən,c-1,səh-3).
İmam Məhəmməd əş-Şəybani deyib: << Fakihin qərarı olmadan hədisə əməl etmək olmaz,hədisə dayanmayan, fikh qərarı da vermək olmaz>>(Usul əs-Sarxasi c-2,səh-11).Təbiinlərinböyüklərindən olan İbrahim ən-Nəxai də bunun oxşarını deyib: <<Hədis rivayətinə dayanmayan görüş də mümkünsüzdür və fakihin görüşü olmadan da hədis rivayətini başa düşmək mümkünsüzdür>>Əbu Nəim(Əl-Hülyət,c-4,səh-225)
Bu dəyərli sözlərdən bi z başa düşürük ki,fikh və hədis biri-birindən asılıdır.Hədis- fikh üçün, bir mənbədir.Çünki,fətva vermək üçün Quran,İcma(alimlərin həmrəy olduqları görüş),Qiyas(yəni təzə yaranan, əvvəllər analoqu olmayan bir məsələnin cavabı Quran və hədisdə olmadıqda ,əvvəl baş verən, buna oxşayan bir əhvalatın Quran və hədisdən tapılan həlli ilə müqayisə edilməsidir) kimi mənbələrdən biridir.Ancaq hədisə məl etmək üçün ,bu hədisi necə başa düşmək olakr və buna necə əməl etmək olar haqda fəkihin(vətva əldə etməyi bacaran) qərarı mütləqdir. Elə buna görə də,əməl etmək üçün hədisin mənasını bilmək kifayətdir deyilən müasir anlayış səhvdir və əvvəlki sələfu salehinlərin fikirlərinə ziddir.Buna görə də əgər biri mühəddisdirsə,onda bu o demək deyil ki,o avtomatik fakihdir,əks halda Abu Süleyman əl-Xatibi deməzdir:<< Bu iki qrup, biri-birindən asılıdır>>.Deməli hədis- məsələnin həlli üçün mənbədir,lakin bu hədisi necə başa düşəcəyimizi və buna necə əməl edəcəyimizi mütləq fakihdən soruşmalıyıq.
İmam Əhməd deyib: <<Kİm deyirsə əgər dində təqlidə (yəni müctəhid imamın görüşlərinin arxasınca getməyə) yer yoxdur,o,Allah və Onun Rəsulunu qarşısında fasiqdir,çünki onun bu sözləri Sünnəti və sələfu-salehlərin(səhabələr və təbiinlər)mirasını məhv etməyə işarə edir,Sünnəni və elmi bərbad etmək deməkdir,öz invidual fikrini iddia etmək,pis bidət və fikir ayrılığıdır.Lakin mənim burada zikr etdiyim məzhəb və görüşlər-bütün bunlar bizə elmlərini çatdıran və özlərindən bilik aldığımız Əhli-sünnə vəl cəmaət alimləri və hədisi başa düşənlə rdir.Biz onlardan hədislərə nail olduq və Sünnəni öyrəndik.Onlar imamlardır və etimada layiq insanlardır,layiqdirlər ki.özlərinin arxasınca gedək və özlərinin gərüşlərinə əməl edək.Onlar pis bidət tərəfdarları deyildirlər.Onlar sizdən əvvəl olmuşdurlar,belə ki,onların arxasınca gedin,öyrənin və öyrədin.Və kömək də Allahdandır. Abu Yələ (Təbəqət əl-Hənbəliyyə,c-1,səh-31)
Beləliklə Böyük İmam deyir ki,dində təqlid yoxdur və ümmət fakihlərinin qoyduqları mirası ataraq,hər bir kəs Quran və hədisi tək başına başa düşər demək olmaz .
Eləcə də Əhməd imam deyib:<< Əgər bir insanın qarşısında Peyğəmbərin s.ə.v.,səhabələrin və təbiinlərin sözləri yazılmış kitablar olarsa belə,ona özü seçdiyinə ,istədiyinə əməl etmək olmaz.O, bu hədisə əməl etmək olar ya da, olmaz haqda alimlərdən soruşmalıdır- və təkcə bundan sonra onun əməl etməsi doğru sayılar >> Ibn Qayyim(..Əl-İləm c-4,səh-44)
Əl-Hafiz Əbul Həsən əl-Maymuni söyləyib:<<Bir dəfə İmam Əhməd mənə dedi:<<Ey Əbul Həsən,sən Müctəhid imamın məsləhəti olmadan hər hansı bi suala cavab verməkdən çəkin>> Ibn Cavzi əl-Hənbəli (Mənəqib əl-imam Əhməd səh-178)
İmam əz-Zəhəbi <<Siyar ələm ən-Nübələ>> kitabında olan bu sözlərə<< Hədisə əməl etmək, Imam Əbu Hənifənin ya da İmam Şafiinin görüşlərinə təqlid etməkdən də, yaxşıdır>> açıqlama verərək deyir:<< Bu yaxşıdır?lakin bu hədis haqqında,Əbu Hənifə və İmam Şafii səviyyəsində olan İmam Malik,Sufyan,Leys kmi alimlər öz görüşlərini söyləməliydilər.Eləcə də gərək hədis səhih və daxili və xarıcı qüsur və nöqsanlardan təmiz olmalıdır.Hədis, İmam Şafii və İmam Əbu Hənifənin istinad etdikləri hədisi təkzib edən olmamalıdır.Haqqında imamların görüşləri olmayan səhih hədisə əməl etmək olmaz>> Imam əz-Zəhəbi(Siyar ələm ən Nübələ c-16,səh-405)
İbn Rəcəb əl-Hənbəli deyib:<<İmamlar və hədis əhli olan Fakihlər səhih hədisə əməl, yalnız səhabələrin və onlardan sonra gələnlərin əməl etdiklərini bildikdən sonra edərdilər.Əgər ki, əvvəlki sələfu-salehinlər hər hansı bir hədisə əməl etməmək qərarına gəlmişdilərsə,onda bu hədisə əməl etmək olmaz,hətta bu hədis səhih olsa belə. Çünki,əgər, onlar bu hədisə əməl etməmişdilərsə, deməli onların buna bir səbəbi var.Ömər ibn Əbduləziz deyir:<<Sxiz,sizdən əvvəlkilərin baxışlarına uyğün gələn görüşlərə əməl edin.Çünki onlar sizdən çox bilirdilər>>(Bəyan fəzl ilm sələf ələ ilm xələf. səh-57
Eləcə də İbn Rəcəb deyib:<<Bizim zəmanədə artıq Şafinin Əhmədin,İshaqın və başqa əvvəlkki sələf alimlərinin görüşləri müəyyən edilib və adamlar bunlardan sonra gələnlərdən özlərini qorimalıdırlar,çünki bunlardan sonra özlərinin Sünnə əhlinə aid olduqlarını söyləyən, lakin, həqiqətdə isə İmamların görüşlərindən yayınaraq Sünnə əhlinə zidd olan qruplar ortaya çıxıb.Onlar artıq İmamların demədikləri görüşləri deməyə və onların istinad etmədiyi hədislərə idstinad etməyə başladılar>> (Bəyan fəzl ilm sələf ələ ilm xələf. səh-69)
Baxmayaraq ki,bu sözlər sonradan gələn alimlərə aiddir,bu sözlərdə fayda var və bu sözlər bütövlüklə,bu məsələ haqqında olan əvvəlki sələf imamlarının mövqeyi ilə üst-üstə düşür.
Əvvəlki səələf imamlarından olan İbrahim ən-Nəxaidən söylənilir:O, deyərdi:<<Mənə hədis çatan vaxtdı mən baxardım bu hədis qəbul olunandırmı,əgər qəbul olunandırsa, onda mən bu hədisə əməl edərdim,əks təqdirdə tərgiyədim>> Əbu Nəim (əl-Hulyat əl-əvliya. C-4,səh-225)
Məhəmməd bin Abdurrahman bin Əbi Leys adlı müctəhiddən söylənilir:<<Insan nə qədər ki,bilmir hansı hədisi təcrübədən keçirmək olar,hansını --yox,hədisi doğru-dügün başa düşmüş sayılmaz.
Müctəhid Abdullash ibn Vahb deyib:<<Mən 360 alimnən rastlaşdım,amma ki,Malik və Leys olmasaydılar mən elm içərisində aza bilərdim>> Ibn Həbban (Müqəddimə 1/24).Burada İmam Malikin şagirdi və məliki məzhəbinin müctəhidi demək istəyirdiki,əgər Malik imam ona hədisi necə başa düşmək lazım olduğunu və hansı hədisdən fətva vermək olar,hansı hədisdən—olmaz olduğunu başasalmasaydı ,o ,elmdə aza bilərdi.
İbn Vahb deyəndə ki,Malik və Leys olmasaydılar məz azardım, ondan soruşdular:<<Bu necə ola bilər?>>.O,cavab verib dediki:<< Mən çoxu vaxtımı hədisləri yığmaqla keçirərdim və hər dəfəsində mən hədis göstərəndə O,mən deyərdi:<<Buna əməl et,bunu isə tərgi>>(Tərtib əl-mədərik)2/427
Bu böyük əvvəlki sələfu-saleh alimlərinin sözlərindən də başa düşülür ki,hədisdən fətva əldə etmək etmək üşün, hədisi bilmək və hətta hədisin səhih və zəif olduğunu bilmək də kifayət deyil.Bu hədis haqda fakihin qərarını bilmək lazımıdr.Məhzə Fakihlər hədisləri açıqlayıb fətva verə bilərlər və yalnız onların hədislərdən əldə etdiyi fətvalara əməl edə bilərik.
Bunun sübutu da , elə həmin İbn Vahbın sözləridir:<<Hədis –hər kəsin azmasına bir səbəbdir,alimlər istisna olmaqla>>(Tərtib əl-mədərik)1/96.Eləcə də İbn Vahb deyib:<<Fakihlə məsləhəti olmayan, Hədis bilən hər kəs, azar.Allah mənə də İmam Malik və Leysdən dərs götürməyi qismət etməsəydi,mən də həlak olardım >>(Əl-Cəmi)Əbu Zeyd əl-Kayruvani -151
Bu sözləri eləcə də İmamŞafiinin müəllimi Sufyan ibn Uyeyna da demişdir:<< Hədis-hər kəsin azmasına bir səbəbdir,fakihlər istisna olmaqla>>İmam Abu Zeyd əl-Kayruvani İbn Uyeynanın bu sözlərini misal gətirir və öz fikrini də bildirərək deyir:<< O,demək istəyir ki,insan hər hansı bir hədisi səhvən hərfi mənada başa düşər,baxmayaraq ki,bu hədis açıqlayan başqa bir hədis ola bilər, ya da ki,ondan gizli qalmış başqa dəlili ola bilər, və ya da bu hədis alimlər tərfindən tərk edilmişdir və onlar bu hədisdən fətva əldə etməmişdirlər.Bütün bunları sadəcə elmi dərya qədər ölçülə bilən alim anlaya bilər>>(Əl-Cəmi)Əbu Zeyd əl-Kayruvani -150.
İmam Şafiiyə söyləyir ki,bir günü Malik imama dedilər:<< İbn Uyeyna əz-Zuhridən,sənin nəql etmədiyin hədisləri nəql edir>>.Malik cavab verib dedi ki:<< Əgər mən üst-üstə bütün hədisləri söyləmiş olsaydım, deməli mən, insanların azmasını istəmiş olardım>>Əl-Xatıb (Cəmi əl-axlaq raviva adab səmii)2/109. kitabında söyləyir.
İmam İsmayıl ibn Yəhya əl-Müzənni deyib:<<Siz yığdığınız hədislərə oxuyun, Allahın sizə mərhəməti çatsın. Bunalrdan necə fətva çıxarıldığın da fakihlərdən öyrənin, əgər siz fakih olmaq arzusundasızsa>>Sufyan əs-Savru yazır ki:<<Riayət edilməyən hədsilər də olur>>İbnRəcəb (Şərh iləl)1/29
Başqa sözlə desək,hətta səhih olmasına baxmayaraq fətva çıxarılmasına icaə verilməyən hədislər olur.Məsələn,ola bilsin bu hədis nəsx (yənibaşqa bit hədislə əvəz) olunduğundan fətva verilməsiə icazə verilmir.Lakin bunu fakihdən başqası bilməz.Məhz bu səbəbdəndir mki,biz fikhi bir-başa hədisdən yox,hədisdən hökm çıxara bilən və hansı hədisin nəsxu olduğunu –hansı hədisdən fətva çıxarıla biləcəyini bilən, fəkihdən öyrənirik.
İmam Ramaxurmuzi << Əl-Muhəddis əl-Fasıl>> adlı kitabda belə yazır:<<Müfti insanlara çatdırdöğö bütün hədislərdə n fətva vermək məcburiyyətində deyil.Eləcədə O,özündən fətva verilməyən hədisləri də İinsanlara söyləməmək məcburiyyətində deyil.Bütün fakihlər faktiki olaraq belə edirlər.İmam Malik də fətva əldə etmədiyi çox hədisləri söyləmişdir>> səh-322
Beləliklə, hədis yığımı ilə məşğul olan mühəddislər sənəd (hədisi özündən başqasına ötürən adamların adları) baxımından səhih olub ,mətnindəki mövzusu nəsx olunmuş hədisləri söyləmiş ola bilıərlər.
Yuxarıda sadaladığımız bütün bunlardan məlum olur ki, əvvəlki sələfu-salehinlər bizlərə hədisləri sərbəst anlamağa cəhd göstərməyimizi yox,əksinə sünnəni başadüşmək üçün fakihlərə təqlid (arxasınca getməyi ) etməyi vacib bilmişlər.Əgər bizdən neçə yüz illər əvvəl yaşamış mühəddislər də fakihlərin köməyi olmadan hədisi anlaya bilmirlərdilərsə,doğru-düzgün ərəb dilini bilməyən bizlər necə bilək?
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев