MƏZHƏB NƏDIR VƏ NƏ ÜÇÜN MƏZHƏBƏ UYMAQ VACIBDIR?
Ərəb dilində <<məzhəb>> sözü <<getmək>> ya da << yol seçmək>> məsdərindən əmələ gəlmişdir və müctəhidin hər-hansı bir məsələ üçün birinci mənbələrdən(Quran və Hədis) fətva çıxararkən seçdiyi yola deyilir.Daha da geniş desək məzhəb başda Əbu Hənifə,imam Malik,imam Şafii və imam Əhməd kimi məzhəb imamları olan bütöv elmi fikirlə dolu bir məktəbə deyilir.Məzhəb-sadəcə bir müctəhidin yox, bu,imamların əldə etdikləri əsas və dəlilləri təkrarən yoxlayaraq və təsdiqləyərəq zəhmət çəkmiş və onların etdiklərini tamamlayan və kamilləşdirən bir qrup üstün rütbəli imamlarin da olduğu bir məktəb deməkdir.
Beləliklə ,müctəhid imamlar—gündəlik lazım olan << fikh>> ya da << qayda-qanun>> adlanan şəriət qanunlarını Quran və Sünnətdən istinbat( əldə ) edən müfəssirlərdir.Fikh –dinin sadəcə üçdə birini təşkil edir.
Buna görə müsəlmanlar iki qrupa bölünür:
1.Şəriət qanunlarını istinbat etməyi bacaran-bunlar müctəhiddirlər.
2.Və başqalarının köməyi ilə Şəriətə uyğun əməl edənlər,- bu da Allahın ən-Nəhl surəsində dediyi: << Əgər siz bilmirsinizsə onda, bilənlərdən soruşun >> (16-43) ayəyə uyğun əməl edərək müctəhidin görüşlərinə uymaq deməkdir
Burada Allahın bizlərə bilənlərdən soruşmağımızı nəyə görə buyurduğunu başa düşmək o qədər çətin deyil:əgər hər sual üçün birinci mənbələrin mətnlərindən cavab axtarmaq hər birimizə həvalə edilmiş bir fərz əməl olsa idi, onda bütün bunları öyrənməyə bizim ömrümüz bəs olamazdı. Bütün işlərimizi və hətta gündəlik ibadətimizi belə tərgimək məcburiyyətində qalardıq.
Bəzilərin << Quran və Sunnəyə əməl etmək lazımdır,məzhəbə yox>> şüarları yersiz səslənir.Çünki heç kim Quran və Sünnəyə əməl etməyə qarşı deyil.Problem ondan ibarətdir ki, Dini öyrətməyə Peyğəmbərin s.ə.v. özü yoxdur. Ondan qalan istər Quran olsun istərsə də Hədis, bizə alimlərin vasitəsi ilə çatıbdır.Ümumiyyətlə söhbət, alimlərdən dini öyrənib-öyrənməməkdən yox,hansı alimlərdən öyrənməkdən gedir.
Bunun üçün də bizim məzhəblərimiz var: mükəmməl və əla müctəhidlərimiz və onların arxasınca gedib onlarını işlərini açıqlayaraq və təsdiqləyərək,çox sayda yoxlama və tədqiqat aparmış,islam dinin bütün vaxtlarında düşüncəli və əməl edən insanlar tərəfindən inam qazanmış alimlərimiz var.Dörd məzhəb var və keçmişdə də, gələcəkdə də, indiki zəmanədə də fayda verir.Allaha tabe olmaq üçün müsəlmanları dəqiq və elmə dayanan bilgilərlə təmin edir.
Müsəlmanlar bilirdilər və indi də bilirlər ki,məzhəbə uymaq- bu,hər-hansı suallara verilən fətvalar haqqında Quran və Hədisdən geniş,ətraflı biliyə malik olan ali dərəcədə olan imamların arxasınca getməkdən ziyadə,bu həm də Peyğəmbərə s.ə.v. və Onunn səhabələrinə min ildəndə çox yaxın olan alimlərin arxasınca getməkdir,bu da həmçinin təqva(Allhdan qorxmaq) normal həyat sayılan vaxtdakı alimlərin arxasınca getməkdir. Məyər indiki zəmanədə kimsə onları bu iki əməldə -elm və təqvada ötə bilərmi?
Bizim zəmanəmizdə səslənən << Quran və Hədisə əməl etməliyik>> (məzhəbə yox) şüarı çox cəlb edici şüardır,amma ki,bu şüarın arxasında geriyə böyük bir addım var.Bu şüar islam alimlərinin Quran və Hədislərin göstərişlərini açıqlamaq,çözmək və maddələrə bölmək üçün çəkdikləri diqqətli ,əzablı zəhmətli əsrləri, cürbəcür elm və bilikləri cəlb edən incə ustalıqları, mücəddidlərin ,müfəssirlərin və mühəddislərin və başqa mütəxəssislərin çalışmalarını arxada qoymaqdır.
Bu şüar bu imamların əməyini və şəriəti tərgiyib bu və əvvəlki imamlarnan rəqiblik edə bilməyən indiki ehtiras dolu ”şeyxlərin” arxasınca get deməkdir. Bu da hər hansı təzə bir görüş üçün etibarlı, yoxlanılmış bir görüşdən imtina etməkdir
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев