1) Yalançı, 2) Günahkar, 3) Vəfasız, 4) Xain
Əhli-sünnənin kitablarından təqdim etdiyimiz rəvayətə əsasən İmam Əli(ə) ikinci xəlifə Ömər bin Xəttabı bu dörd sifətlələ tanıtmış və hətta xəlifə özü belə bunları dili ilə iqrar etmişdir. Digər bir rəvayətdə isə bu sifətlərə sahib olan şəxsin hökmü müəyyən edilmişdir.
«Bizə Süleyman Əbu Rəbbih rəvayət etdi və dedi: bizə İsmayıl bin Cəfər rəvayət etdi və dedi: Nafi bin Malik bin Əbi Amir Əbu Suheyl bizə atasından, o da Əbu Hureyrədən, o da Allah Rəsulundan (s) rəvayət edib ki, buyurdu: «Münafiqin üç əlməti var: Danışıdıqda yalan söyləyər, söz verib vədinə əməl etməz və ona bi şey əmanət ediləndə xəyanət edər.
Bizə Qəbiysə bin Uqbə rəvayət etdi və dedi: Sufyan bizə əl-Aməşdən, o da
Abdullah bin Murrədən, o da Məsruqdan, o da Abdullah bin Amrdan, o da Allah Rəsulundan (s) rəvayət edib ki, buyurdu: «Dörd xislət kimdə olarsa, xalis münafiq olar. Hətta bunlardan biri qəlbinə yol tapsa, onu özündən uzaqlaşdırmayınca, nifaqın bir parçasına bulaşmış olar. Bunlar aşağıdakılardır: Əmanətə xəyanət etmək, danışarkən yalan söyləmək, vəd verdikdə sözünün üstündə durmamaq, düşmənçilik edəndə çirkin əmələ əl atmaq.»
Muhəmməd bin İsmayıl əl-Buxari, əl-Cami əs-Səhih, Kitab əl-İman, c.1. s.21, h.33 və 34
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев