— Nə üçün ağlayırsan?
— Çünki mən qadınam -, deyə cavablandırdı anası.
— Anlamadım! -, dedi uşaq. Anası uşağı qucaqlayıb:
— Və heç bir zaman anlaya bilməyəcəksən!
-, dedi.
Atasına:
— Ata, anam nə üçün ağlayır?
-, deyə soruşdu.
Atanın cavabı:
— Bütün qadınlar səbəbsiz ağlaya bilirlər
-, dedi.
Kiçik oğlan böyüdü, yetkinləşdi,
ancaq hələ qadınların nə üçün
ağladıqlarını kəşf edə bilmədi.Nəhayət öldükdən sonra cənnətə getdiyində
Allaha soruşdu:
— Allahım! dedi. Qadınlar nə üçün bu qədər asan ağlaya bilirlər?
ALLAH buyurdu ki:
— Mən qadınları xüsusi yaratdım!.. Bütün həyatın ağırlığını daşıya
biləcək qüvvətdə olmasına baxmayaraq başqalarına təsəlli verəcək qədər
yumşaqdırlar… Doğumun ağrısı olduğu qədər doğurduqları övladlarının
nankorluğuna söykənə biləcək iç qüvvətini verdim. Başqalarının
qüvvətinin qalmadığında davam edəcək əzmi, ailəsinin xəstəliyində
yorğunluğa buraxdırmayacaq qüdrəti verdim.
Ərlərini bütün qüsurları ilə sevmək qüvvətini verdim. Kişinin
qabırğasından onları kişinin ürəyini qorumaları üçün yaratdım. Onlara
yaxşı bir ərin yoldaşını əsla incitməyəcəyini, lakin bəzən dəstək və
qüvvətini sınayacaq davranışlar da tapılacağını anlayacaq həssas bir
zəka verdim. Tək zəiflik olaraq qadınlara bir göz yaşı verdim. Tamamilə
özlərinin sahib olduqları, ehtiyacları olduğunda istifadə etmək üçün…
İNSANLIQ ÜÇÜN BİR GÖZYAŞI!.. deyə cavablandırdı.
Qadını gözəl edən şey nə saçı, nə bədəni, nə özünü nə şəkildə
daşıdığıdır. Qadını əsas gözəl edən sevgisini paylaşa bilməsi,
fədakarlığı,məsuliyyəti, anlayışı, yalnız məlumata deyil eyni zamanda
ürəyə də istiqamətli ağılıdır…
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев