-------------------------------------------------------------------
Ticarətdə “ğəşş” etmək nədir? Ticarətdə haram və məkruh işlər hansıdır?
Ticarətin əsil hədəfi – cəmiyyətə olan insanların maddi ehtiyaclarını təmin etmək olmalıdır. Yəni, ticarət, ictimai rabitələri gücləndirməyə xidmət etməlidir. Tacir ancaq öz mənfəətini güdməməlidir, xalqın da maraqlarını nəzərə almalıdır.
İslam dini ticarətə o qədər əhəmiyyət verir ki, buyurur: “Əgər ticarət edən tərəflərdən biri alış-verişdən peşman olarsa, qarşı tərəf onunla ticarət etməkdən çəkinməlidir”.
Dinimiz buyurur ki, o tacir ki, qarşı tərəfin alış-verişdən çəkinmək istəyini yerinə yetirər, Allah Qiyamət günü onun büdrəmələrindən keçər.
İslam dininin nəzərinə görə, möminin qəlbini fəth etmək – hər cür dünya mal və dövlətindən daha üstündür. Hər kim qarşı tərəfi razı salmaq üçün alış-verişdən çəkinərsə, onun günahları bağışlanar.
Dinimiz buyurur ki, alış-veriş zamanı üçüncü şəxsin dəxalət etməsi məkruh və bəyənilməyən əməldir. Çünki bu əməl nifaqa səbəb olar, dostluğu aradan aparar.
O zaman ki, insan yalnız öz mənfəətini düşünərək ticarət edər, bu zaman rəzil sifətlərə düçar olar.
Onların bəzilərinə nəzər salaq:
- sələmə batar;
- çəkidə aldadar;
- xəyanət edər;
- yalan danışar;
- malın eybini gizlədər;
- yalan yerə and içər;
- xarab şeyi satar;
- alkohol və donuz əti kimi haram şeyi satar;
- qəsbi malın alverin edər;
- “ğəşş” şeyi satar.
Həzrət Rəsulullah (s) buyurub: “Ticarət edərkən müsəlmanlara ğəşş edən (onları aldadan) şəxs bizdən deyil. Kim öz müsəlman qardaşı ilə ğəşş etsə, Allah Təala onun ruzisinin bərəkətini çəkər, onun qazanc yolunu bağlayar və onu öz ixtiyarına buraxar”.
Ğəşşin bir neçə növü var:
1) Yaxşı malı pis mala, yaxud başqa bir şeyə qatmaq.
2) Olduğunun əksinə olaraq zahirini gözəl bəzəmək.
3) Bir malı başqa mal kimi göstərmək.
4) Müştərinin, satıcının ondan heç nəyi gizlətməməsinə arxayın olduğu halda, malın eybini gizlətmək.
Dinimiz bəzi ticarətləri məkruh hesab edir. O cümlədən:
1. Qəssablıq (heyvan başı kəsməyi özü üçün sənət seçmək).
2. Kəfən satmaq.
3. Alçaq insanlarla ticarət etmək.
4. Sübh azanı ilə günəş çıxana qədər ticarət etmək.
5. Başqasının almaq istədiyi bir şeyi almaq üçün alış-verişə daxil olmaq.
Ticarətdə haram və məkruh işlər, təqlid mərcələrinin risalələrində qeyd olunmuşdur. Müqəlliud gərək onları dəqiqliklə öyrənib, bilsin.
Hər bir halda dinimizin nəzərinə görə, ticarət, ictimai rabitələrin güclənməsinə xidmət etməlidir. İnsan bu yolla halal ruzisini qazanar.
Ancaq tacir gərək yuxarıda saydığımız rəzil sifətlərə düçar olmasın. Əgər bu rəzil sifətlərə malik olaraq ticarət edərsə, o zaman öz ruzisinə haram qatar, özünü məhv edər.
Allah Təala belə bir ticarəti sevmir və ona bərəkət vermir.
Amma hər kim ruzi qazanmaqda Uca Allahın razılığını düşünərsə, o zaman Allah da onun üçün halal ruzi nazil edər.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев