Həzrəti Rza (ə.s) -n uşaqlıq və cavanlıq dövrü
Tarix Məsum İmamların uşaqlıq dövrünün xüsusiyyətləri barəsində susaraq çox məlumat verməyib. Çünki tarixçilər tarix səhnəsində səs-küyə səbəb olan hadisələri və insanlar arasında çox fərqlənmək istəyən şəxsləri axtarırlar.
Məsum İmamlar şan-şöhrət qarşısında iddiasız olan, yaşadıqları cəmiyyətdə sadə insanlardan fərqlənməyən ən ali şəxslər olmuşlar. Hökümət hər zaman onları məhrum vəziyyətdə saxlayaraq, insanların onlarla əlaqəsinə çətinlik yaradıb. Həmçinin o zamanın bir sıra İslam alimləri məzhəbi ixtilafları olduğu üçün İmamları insanların gözündə kiçiltmək, sözlərini dəyərsiz etmək üçün hər vasitədən istifadə etmişlər. Belə insanlar gələcək nəsillərin Məsum İmamların İmamətdən əvvəlki və sonraki həyatı haqqında məlumatları əldə etmələrinə əngəl olmuşlar .
Tarixdə qeyd olunub ki, İmam Rza (ə.s) -a uşaqlıqdan atasının cox məhəbbəti olub.
Musa bin Cəfər (ə.s) -ın dostlarından biri Mufəzzəl adlı şəxs deyir: Həzrətin yanına getdim. Gördüm övladı Əli onun qucağındadır. Həzrət onu öpərdi və dilini sovurardı. Onu öz çiyninə qoyardı, və özünə sıxıb buyurardı: Atam sənə qurban! Nə gözəl ətrin var. Nə pakizə xilqətin var. Sənin fəzilətin aşkardır.
Dedim: Fəda olum sənə, ürəyimdə bu uşaqa qarşı bir məhəbbət oyandı ki, səndən başqa heç kimə bu məhəbbət oyanmamışdır.
Həzrət buyurdu: Ey Mufəzzəl! O, mənimlə nisbətdə, atam üçün mənim kimidir.
Dedim: Sizdən sonra Allahın İmamət əmrinə o sahibdir? Buyurdu: Bəli! Hər kim ona itaət etsə haqqa çatmışdır. Hər kim itaət etməsə kafir olar.
Bəzən də buyurardı: böyük övladım Əli, hamıdan çox mənim sözümü eşidən, və əmrimi yerinə yetirəndi. O mənimlə Cəfər və Camiə ( Əhlibeyt (ə.s) -ın iki mühüm elmi mənbə kitabıdır ) baxır, və ona Peyğəmbər və onun vəsisindən başqa heç kim baxa bilmir.
Kitabın adı: Günəşin hakayəti
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев