İslamın bərəkətli məktəbində hər şey qəribə və heyrətləndiricidir. Hər şeydən daha heyrətli və qəribəsi də bu İlahi məktəbin saf və əvəzsiz insan tərbiyə etmək xüsusiyyətidir. Bu məktəbdə adı insan və bəşər olan bu varlıq üçün bütün hədd və sərhədləri birdəfəlik dağıdır, cismin qəlibindən bir vəhşi sifətində çıxır ki, can qəlbinin İlahi gözəlliyi qəlbinin içinə girsin və özünü bu mübarək – "Allah insanı özünə bənzər şəkildə yaratdı” – səma kəlamının ən düzgün təsdiqi surətinə sala bilsin. Yalnız bu bərəkətli məktəbin düzgünlüyünə görə belə bir qəribə və heyrətli şey baş verir. Və torpaqdan və qurumuş gildən yaranmış insan – İslamdan qabaq ruhu fitnə-fəsadla yoğrulan murdan şeyləri, meyidi yeyən, qanı içən, öz övladlarını diri-diri torpağa basdıran, qadınını pozğunluğa, fahişəliyə vadar edən, qardaşını öldürən, başqalarının mal və namusuna meyl salan, nəfsinin, şəhvətinin üzündən günahsızların qanını axıdan insan – bəli, belə bir zülm və cəhalət varlığı – İslam məktəbində birdəfəlik dəyişir. Həmin insan elə alilik qazanır, elə bir yüksəklik və ucalıqlara baş vurur, elə canlarla bir canda olur ki, zillət və alçaqlıq dibindən şərəf və iftixar zirvəsinə yüksələrək elə bir yerə çatır ki, Allahdan başqa heç nəyi düşünmür...
Bütün bunlar ona görədir ki, İslamın insan tərbiyələndirici məktəbi təkcə adi və yüksək qaydaları tərtib edən, fərdi və ictimai səadət yolunda misilsiz dəyərlərin bünövrəsini qoyan məktəb deyil, həm də həmin qaydalar və dəyərlər əsasında insanları da tərbiyə edən məktəbdir. Belə bir tərbiyə nəticəsində insanların özləri bəşər cəmiyyətində yüksək İlahi dəyərlərin nümunəsi ola bilərlər.
Canlı nümunə
Belə şəxslərin ən açıq-aşkar nümunəsi, bu canlı dəyərlərin ən parlaq təcəssümü İslam və imanın qəhrəman qadını, əbədi qəhrəmanlar anası Fatimeyi-Zəhradır (ə). O həzrət sözün əsl mənasında tam İslam tərbiyəsi almış insanlığın kamil və yetkin nümunəsi olan bir qadındır.
Fatimeyi-Zəhra (ə) bir qız kimi, yəni İslam Peyğəmbərinin (s) əziz qızı kimi ismət və qənaət, möminlik və paklıq, iman və fəzilət nümunəsidir. Bir həyat yoldaşı kimi, yəni İmam Əlinin (ə) həyat yoldaşı kimi səbr və uzaqgörənliyin, xoşrəftarlıq və dözümlülüyün, mehribanlıq və fədakarlığın nümunəsidir. Və bir ana kimi üsyan məktəbinin banisi olan Həsənin (ə) anasıdır. Qırmızı və qanlı inqilab bayrağını qaldıran, qanla suvarılmış şəhidlik qöncəsi əbədiyyətə qədər solmayan Hüseynin (ə) anasıdır. Sözdə üsyan məktəbinin sahibidir. Əzəmətli və təsirli kəlamı ilə, yüzlərlə qılınc kəsərində olan atəşin çıxışları ilə peyğəmbərliyin Quran inqilabını davam etdirən, Zeynəbin anasıdır. Ümm Gülsümün anasıdır. İlahi bir dinin dönməz imamları və rəhbərlərinin anasıdır.
Elə bir döyüşkən və şücaətli insanların tərbiyəçisidir ki, hər biri bəşər cəmiyyətinə rəhbərlik üçün böyümüş və hər birinin varlığı bu qorxulu iş üçün kifayətdir.
Həmçinin bir müsəlman qadının, əxlaq müəlliminin, fərdi və ictimai həyat müəlliminin, İslam cəmiyyətinin tale yolunu quran bir şəxsin nümunəsidir. Axı cəmiyyətin taleyi onun fərdlərinin rəftar qaydasından, iş tərzindən, əməl və əxlaqlarının keyfiyyətindən asılıdır və fərdlər də bu xüsusiyyətlərin yaxşı və pisini ana qoynunda, onun yanında öyrənir, onları öz ruhlarına qarışdırır və ana südü ilə içlərinə daxil edirlər ki, canlarına hopsun. Bu səbəbdən də, əgər cəmiyyətin anaları Fatimeyi-Zəhra (ə) kimi yüksək və ali keyfiyyətlərə malik olsalar və onlardan öyrənib, öyrəndiklərini təbliğ etsələr, onda bəşər cəmiyyyəti bu dünyada xoşbəxtliyə çatmaq yolunda, o dünyada isə nicat tapmaq yolunda öz taleyinin istiqamətini dəyişdirə bilərlər.
Bütün bunlara da yalnız bir vasitə ilə nail olmaq mümkündür: bəşər duyğusu və təfəkkürü, iman və etiqad gərək öz kökünü İslamın insan tərbiyələndirən məktəbində tapsın və bu məktəbin həqiqi rəhbərlərini özləri üçün fikir və əməl, söz və düşüncə aynası etsin...
Fatimeyi-Zəhra (ə) da bu İlahi aynaların ən pak və ən şəffaflarından biridir.
Kitabın adı: Siddiqeyi-Tahirə (ə) 1-ci cild
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев