Sonra Həzrət Zəhra (s.ə) evə qayıtdı. Əli (ə) onun yolunu gözləyirdi. Xanım,Əli (ə)-ın yanına gəldi. Evə daxil olduqdan sonra Əli (ə)-a xitab edib,dedi: Ey Əbu Talibin oğlu! Niyə çənin kimi və müttəhəm şəxslər kimi evdə oturmusan? Sən şahinlərin qanadını sındırırdın və indi qanadsız quşlar sənə qalib gəliblər? Bu,Əbu Quhafənin oğludur ki,Atamın hədiyyəsini və iki oğlumun zəxirəsini zor ilə məndən alır. O,bütün qüvvəsi ilə mənimlə mübarizəyə qalxıbdır. Onu söhbətlərimin müqabilində özüm üçün ən böyük düşmən kimi tanıdım. Ənsar və Muhacirlər öz köməklərini məndən əsirgədilər. Mənə kömək etməkdən göz yumdular. Nə məni müdafiə edən var,nə də ona mane olan! Qəzəblə dolu sinə ilə evdən çıxdım və xarlıq ilə evə qayıtdım. Nə üçün özünü bu qədər zəif göstərirsən? Sən canavarları tikə-tikə edirdin. Amma indi dizini qucaqlayıb evdə oturmusan. Nə danışanı sözündən saxladın,nə də batilə mane oldun. Mənim isə heç bir ixtiyarım yoxdur. Kaş bu andan və xar olmamışdan qabaq öləydim! Əbubəkr həddini aşıb zülm etdi və mən istəyirdim səni himayə edim.Vay olsun mənə! Dayanacaq yerləri aradan getdi,qollar süsləşdi. Öz şikayətimi atama edirəm və onların zülmündən intiqma almağı Allahdan istəyirəm. İlahi! Sən onlara mane olmaq üçün hamıdan qüdrətli və qüvvətlisən. Sənin əzabın daha ağırdır.
Əmirəl-möminin (ə)-ın Həzrət Zəhraya (s.ə) təsəlli verməsi.
Əli (ə) buyurdu: Sənin halına yox,səninlə düşmənçilik və pis rəftar edən şəxsin halına vay olsun! Ey Peyğəmbərin (s) qızı və ey nübuvvətin yadigarı,qəzəblənmə! Dinimdə acizlik göstərmədim. Qüdrətimdə olanları əsirgəmədim. Əgər gündəlik yaşayış üçün ruzi istəyirsənsə,o,zəmanət olunmşdur. Ona zamin olan şəxs etimadlı şəxsdir. Sənin üçün hazırlanan şey,sənə çatmayan şeydən daha yaxşıdır. Bəs,(bunları) Allahın hesabına qoy! (Allaha tapşır!)
Həzrət Zəhra (s.ə) dedi: "Allah mənə kifayət edər." Daha bir söz demədi.
Kitabın adı:Fatimə Zəhra (s.ə) xütbəsi.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев