Həzrət Fatimə(s.ə) Əbubəkrin cavabında buyurdu:
Subhanəllah!Heç vaxtmənim atam Allahın kitabında üz döndərməyib və onun hökmləri ilə müxalifət etməyib.Əksinə onn göstərişlərinə itaət edib və onun nöqtə-bənöqtəsinə əməl edibdir.Hamınız vəfasızlıq edirsinizmi?Üzürünüz bu barədə yalan danışmaqdırmı?Peyğəmbərin vəfatından sonra sizin bu əməliniz,Onun həyatl zamanı törətdiyiniz fəsad və qarışıqlıq kimidir.
Quran,Peyğəmbərlərin irs qoymasını açıq və aydın izah edir.
Allahın ədalətli hakimivə düşmənçiliy son qoyan kitabı (yəni Quran) bəzi Peyğəmbərlər barəsində belə buyurur:
"İlahi mənə bir övladver ki,mən və Ali-Yəqubdan irs aparsın!"
Həmçinin başqa bir yerdə buyurur:
"Süleyman (ə)Davud (ə)-dan irs aparsın."
Allah-təala Quranda irsi bir-neçə hissəyə və mirasın vacibi hüdudlarını müəyyənləşdiribdir.Kişi və qadının hissəsini (payını) bəyan edibdir.Elə bəyan edibdir ki,batil əhlinin üzrünü batil edərək,onların irs barəsindəki şəkk-şübhələrini aradan aparmışdır.Amma siz hiylə qurursnuz və biz gərək səbr edək.Allah sizin rəftarlarınızın müqabilində bizə kömək edəcək.
Ayədə qeyd olunan bu iki nəfərPeyğəmbərdir (s).Sən bilirsən ki,nubuvvət məqamı irs aparılası deyil,lakin nubuvvət məqamından başqa şeyləri irs aparmaq mümkündür.Bəs,nəyə görə mən atamın irsindən məhrum olum?Məgər Allahın kitabında yazılıbdır ki,"Muhamməd (s) peyğəmbərinqızı Fatimədən başqa hamı irs aparır?!"Bunu mənə göstər,Mən də qane olum!
Mənbə:"FatiməZəhra (s.ə) xütbəsi"kitabı.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев