-- Şəban Həzrət Peyğəmbərin (s) ayıdır və...
Şəban Həzrət Peyğəmbərin (s) ayıdır və bu ayı oruc tutan O həzrətin (s) şəfaətini qazanacaqdır:
حَدَّثَنَا أَبِي رَضِيَ اللَّهُ عَنْهُ قَالَ حَدَّثَنَا مُحَمَّدُ بْنُ أَبِي الْقَاسِمِ عَنْ مُحَمَّدِ بْنِ عَلِيٍّ الْكُوفِيِّ عَنْ نَصْرِ بْنِ مُزَاحِمٍ عَنْ أَبِي عَبْدِ الرَّحْمَنِ الْمَسْعُودِيِّ عَنِ الْعَلَاءِ بْنِ يَزِيدَ الْعُرَنِيِّ قَالَ قَالَ الصَّادِقُ جَعْفَرُ بْنُ مُحَمَّدٍ ع حَدَّثَنِي أَبِي عَنْ أَبِيهِ عَنْ جَدِّهِ ع قَالَ قَالَ رَسُولُ اللَّهِ ص شَعْبَانُ شَهْرِي وَ شَهْرُ رَمَضَانَ شَهْرُ اللَّهِ فَمَنْ صَامَ يَوْماً مِنْ شَهْرِي كُنْتُ شَفِيعَهُ يَوْمَ الْقِيَامَةِ وَ مَنْ صَامَ يَوْمَيْنِ مِنْ شَهْرِي غَفَرَ اللَّهُ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ وَ مَا تَأَخَّرَ وَ مَنْ صَامَ ثَلَاثَةَ أَيَّامٍ مِنْ شَهْرِي قِيلَ لَهُ اسْتَأْنِفِ الْعَمَلَ وَ مَنْ صَامَ شَهْرَ رَمَضَانَ يَحْفَظُ فَرْجَهُ وَ لِسَانَهُ وَ كَفَّ أَذَاهُ عَنِ النَّاسِ غَفَرَ اللَّهُ لَهُ ذُنُوبَهُ مَا تَقَدَّمَ مِنْهَا وَ مَا تَأَخَّرَ وَ أَعْتَقَهُ مِنَ النَّارِ وَ أَحَلَّهُ دَارَ الْقَرَارِ وَ قَبِلَ شَفَاعَتَهُ فِي عَدَدِ رَمْلٍ عَالِجٍ مِنْ مُذْنِبِي أَهْلِ التَّوْحِيدِ.
Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Şəban mənim ayım, Ramazan ayı isə Allahın ayıdır. Hər kəs mənim ayımda bir gün oruc tutarsa, qiyamət günü onun şəfaətçisi olaram. Hər kəs mənim ayımda iki gün oruc tutarsa, Allah-Taala onun keçmiş və gələcək günahlarını bağışlayar. Hər kəs mənim ayımda üç gün oruc tutarsa, ona “Əməllərini yenidən başla!”[1] deyilər. Hər kəs Ramazan ayını oruc tutarsa və bu orucla birgə cinsiyyət üzvlərini qoruyarsa (iffətli və namuslu olarsa), dilini (qeybət, yalan, töhmət, və sair günahlardan pak) saxlayarsa və insanları əziyyət etməzsə, Allah-Taala onun keçmiş və gələcək günahlarını bağışlayar, ona cəhənnəm odundan nicat verər, əbədi həyat məkanı olan cənnəti ona halal edər, onun şəfaətini qumların sayı qədər tövhid əhlindən olan günahkarlar barədə qəbul edər.”
(“Fəzailu əşhuris-səlasə” (Üç ayın fəzilətləri), Şeyx Səduq, mütərcim: Mirməhəmməd Bəşir - )
[1] Yəni sənin bu günə qədər ki, həyat tarixçəni sildik və bu gün sanki yenidən anadan oldun. Sənə yenidən əvvəldən başlamaq fürsəti verildi. Belə isə yeni bir həyata gözəl və saleh əməllərlə başla.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 4