Allahla əlaqəyə girmək üçün sənə "user name" və "password" gərək olmayacaq....
İnternetdə özünə təzə dost tapmaq üçün nə qədər zəhmət çəkməli, hələ üstəlik buna pul da xərcləməli olursan. Kompüter, İnternet kartı almaq lazımdır, elə deyilmi? Bəs Allahla necə?! Bunun nə xərci var, nə zəhməti. Kompüter alıb "Control panel"-ə "Connection wizard" əlavə etdiyin halda, Allahla əlaqəyə bunlar lazım deyil. Sadəcə, niyyətini saflaşdır. İnternetdə sənə "user name" və "password" gərək olacaq, amma Allahla əlaqədə yox.
Gəl sənə əlaqəyə girmək üçün "pasword" də deyim; bu, "Bismillahir-rəhmanir-rəhim"dir. Bunun üçün telefon nömrəsi də yığmaq lazım deyil - gündəlik 2 rükət sübh, 4 rükət zöhr, 4 rükət əsr, 3 rükət şam və 4 rükət işa namazlarını qılmaqla Allahla əlaqə yarada bilərsən. Namaza başlamaqla "Dial-ı" yığ, yəni tövbə et və ürəyindəkiləri boşalt . Əmin ola bilərsən - qəlbinə "günah" adlı virus düşməsə, Allahla əlaqədə heç vaxt "Disconnect" olmur. Allah hər şeyi sənin üçün "Download" edəcək, istədiyin qədər Allaha eşq və dostluq məktublarını "Send" edə bilərsən. Bu əlaqəni nə hər hansı bir virus, nə də filtr kəsə bilər. Bir daha deyirəm, Allahla əlaqə yaratmaq üçün ixlas, saf niyyət və sağlam mənəviyyat lazımdır. Allahla əlaqən kəsilməsin deyə gündəlik həyatına ən güclü "Antivirus" yüklə. Bu namazdır.
Sən tanımasan da, Allah ən güclü virus hakerini çox yaxşı tanıyır. Əlbəttə, bu şeytandır! Qəlbinə iman və saleh əməl adlı "Antivirus Search" et və əmin ol ki, bundan belə şeytan sənə heç bir zərər vura bilməz. Amma ehtiyatı da əldən vermə, vaxtaşırı məscidlərə get, cümə namazlarında iştirak etməklə qəlbindəki antivirusu təzələ. Dediklərimi vaxtlı-vaxtında etsən, Allahla hər zaman "Online" əlaqədə olarsan.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев