İmam, heç bir vaxt "yeni din və şəriət” yaratmır. Həqiqətdə, onun vəzifəsi İslam Peyğəmbərinin (s) şəriətini olduğu kimi qoruyub saxlamaq, onu təbliğ və təlim etməkdir! İmam (ə) insanları Məhəmməd Peyğəmbər (s.ə)-in dininə doğru çağıraraq, onları bu müqəddəs dinlə yaxından tanış edir.
İmam ən elmli şəxsdir
İmam dinin bütün əsaslarını, fərlərini, hökmlərini, Quranın məna və şərhini olduğu kimi bilməli və anlamalıdır. Deməli, imam Allah tərəfindən ona bəxş olunan elmə və Peyğəmbər (s.ə)-in vasitəsilə öyrətdiyi təlimlərə əsasən ən elmli bir şəxs olmalıdır. Bəli, yalnız belə bir elmin sahibi insanların etimadını qazanaraq, İslamın həqiqətini anlatmaqda ən gözəl yardımçı və rəhbər ola bilər.
İmam Peyğəmbərin vasitəsilə təyin olunur
İmam "mənsus” olmalıdır. Yəni Peyğəmbər (s.ə)-in açıq-aşkar bəyanı və kəlamı ilə təyin olunmalıdır (sonrakı imamlar da, əvvəlki imamın vasitəsilə təyin edilir). Başqa bir sözlə desək, imam da, Peyğəmbər (s.ə) kimi Allah-təala tərəfindən (Peyğəmbər (s.ə)-in vasitəsilə) seçilir. Necə ki, Bəqərə surəsi 124-cu ayədə imamın yalnız Allah tərəfindən seçildiyinə işarə olundu: "Mən səni insanların imamı etdim!”
Bütün bunlardan əlavə imamın malik olduğu şərtlərin keyfiyyətindən (məsumluq, ilahi elm, və s...) yalnız Allah-təala və onun Peyğəmbəri (s) xəbərdar ola bilər. Elə buna görə də, imamı fəqəd Allah Özü, Peyğəmbərin vasitəsi ilə elan edərək seçir. Bu səbəbdən də, Məsum imam seçki yolu ilə yox, birbaşa Allahın əmrilə təyin olunur.
Bizim imamlarımız (ə) İslam Peyğəmbərinin (s) vasitəsilə təyin olunmuşdur
Bildiyiniz kimi, İslam Peyğəmbəri Məhəmməd (s.ə) özündən sonra gələcək imamları ümumi şəkildə "Səqəleyn” hədisində təyin etmişdir.
Səhihi-Müslimdə belə oxuyuruq: "Peyğəmbər (s.ə) Məkkə və Mədinənin arasında yerləşən "Xum” adlanan vadidə ayağa qalxaraq xütbə oxudu. Sonra isə belə buyurdu: "Mən sizin aranızda iki qiymətli (böyük) əmanət qoyub gedirəm. Onun əvvəlincisi nur və hidayətə sahib olan Allahın kitabı... digəri isə "Əhli-beytim” dir! (İmamlar) Əhli-beytimin barəsində Allahı unutmayın! (Yəni Allahı unudaraq Əhli-beytimi kənara qoymayın)” Və bu cümləni 3 dəfə təkrar etdi” (Səhih Müslim, c. 4, səh. 1873)
Bu hədis "Səhih-Termizi”də də, yazılaraq aşkarcasına belə söyləyir: "Əgər bu iki əmanətə sarılsanız heç vaxt azğınlığa düşməyəcəksiniz!” (Səhihi-Termizi, c. 5, s. 662) söylənilən hədis (Sünəni-Darəmi, c. 2, s. 432), (Xəssasu-Nisai, səh 20), (Müstədi-Əhməd, c. 5, s. 182), və İslam aləminin digər tanınmış və məşhur kitablarında (Kənzul-ümmal, c. 1, s. 185, hədis 945) da qeyd olunmuşdur. Və bu hədisin düzgünlüyündə heç bir şəkk-şübhə yoxdur. Həqiqətdə "Səqəleyn” hədisi "Mütəvatir” hədislərdən biri sayılır. Və heç müsəlmanın onu inkar etməyə haqqı yoxdur. İslam Peyğəmbəri (s) bu hədisi müxtəlif yerlərdə dəfələrlə təkrarlamışdır.
Aydındır ki, hədisdən məqsəd Peyğəmbər (s.ə)-in Əhli-beytinin hamısı deyil, yalnız "məsum imamlar” (ə)-dır. Çünki yalnız və yalnız bu böyük imamət məqamı Quranla bərabər tutularaq, onunla birlikdə zikr oluna bilər. Yalnız bəzi zəif və şəkli mənbələrə əsaslanan hədislər "Əhli-beyt” kəlməsini "Sünnə” ilə əvəz edibdir.
Biz, Peyğəmbər (s.ə)-dən sonra 12 imamın canişin olduğunu sübut edən məşhur bir hədisə isnad edirik. Bu hədis hətta əhli-sünnətin ən məşhur hədis kitablarında qeyd olunmuşdur; (Səhih-Buraxi, Səhih-Müslim, Səhih-Termizi, Səhihi Əbu Davud, Müstədi Hənbəl və s...) "Peyğəmbər (s.ə) buyurur: "İslam dini hamısı Qüreyş tayfasındandır 12 xəlifənin sizə imaməti, Qiyamət gününə qədər bərpadır!” Bu rəvayətin şərhi şiənin etiqadlı olduğu "12 imamdan” başqa bir şərhə malik deyildir. Sizin fikrinizcə Peyğəmbər (s.ə)-in söylədiyi bu hədis "12 imam (ə)” dan savayı, digər təfsirə malik ola bilərmi?
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев