-------------------------------------------------------------------
Ayətullah Cavadi Amuli: “Fədək xütbəsi elmi hövzələrdə, xüsusilə də xanımlara dərs kimi keçilməlidir”
Qum İslami Elm hövzəsinin böyük ustadı Ayətullahul-üzma Cavadi Amuli Fədək xütbəsinin elmi hövzələrdə, xüsusilə də xanımlara aid elm hövzələrdə rəsmi bir dərs olaraq keçilməli olduğunu bildirib.
O, bu şəkildə ortaya atılan bir sıra şübhə və ixtilafların həllini tapacağını bildirib.
Shafaqna-ya istinadən xəbər verir ki, Ayətullah Cavadi Amuli “Peyğəmbərin (s) Reyhanəsi” adlı simpoziumda Həzrət Zəhranın (s.ə) mübarizəsinə diqqəti çəkərək, belə danışıb: “Həzrət Zəhra (s.ə) hələ sağ olanda bəzi düşmənlər onu yaddaşlardan silmək üçün ittifaq etdilər və bunu bacara bilmədilər. Bu gün də bənzər işlər bəzi ölkələrdə başladılıb və nəhayət bunlar da məğlubiyyətə uğrayacaq”.
Ayətullah Amuli sözlərini belə davam etdirib: “Həzrət Fatimə (s.ə) Əmirəl-möminin kimi tarixin ən həssas dövrlərində; Mübahilə günündə, Təthir ayəsinin nazil olmasında və bu kimi vacib anlarda həmişə iştirak etmişdi.
Buna görə də, onu yaddaşlardan silmək mümkün deyil. Bu baxımdan heç bir narahatlığımız yoxdur. Ancaq bu əvəzolunmaz sərmayələr qarşısında bizim də məsuliyyətlərimiz vardır və onları ən yaxşı şəkildə yerinə yetirməliyik.
Ən azından Həzrət Zəhranın (s.ə) böyük maarif və elmlərini əhya etmək, onları diri saxlamalıyıq”.
Qum İslami Elm hövzəsinin böyük ustadı Fədək xütbəsinin əhəmiyyətinə diqqət çəkərək, belə davam edib: “Fədək xütbəsi elmi hövzələrdə, xüsusən də xanımlar üçün olan hövzələrdə rəsmi dərs kimi tədris olunmalıdır! Ancaq bu şəkildə ortaya çıxan bir sıra şübhə və mübahisələr həll ediləcək”.
Ayətullah Amuli İrana tətbiq olunan müharibə illərində cəbhəyə gedən hərbi hissələrin “Ya Zəhra” şüarı ilə hərəkət etdiyinə diqqət çəkərək belə deyib: “İslam mücahidləri “Ya Zəhra” deyərək başladığı hər əməliyyatda qalib gəlirdilər.
Bu gün eyni strategiyanı düşmənlərimizlə mübarizədə davam etdirməliyik; iqtisadi, mədəni, etiqadi bütün müharibələrimizdə həmişə Əhli-Beytin (ə) inayətinə sığınmalıyıq.
Əgər bu gün bəziləri çıxıb Həzrət Zəhraya (s.ə) və digər məsum imamlarımıza (ə) xəyanət və ədəbsizlik etsə və bizlər buna reaksiyasız qalsaq və layiq olduqları cavabı verməsək, zalımın zülmü qarşısında sükut edən bir şəxsin vəziyyətinə düşmüş olarıq. Belə bir insanın cəzası isə, qiyamət günü o zalımla birlikdə məşhur olmaqdır”.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 3